Məhkəmə qərarları › İş №2(039)-56/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-56/2024

01.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-56/2024 01.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1 və onun vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Sadıq qızının cavabdeh X7 mirası əmlakının vərəsələr tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakından payın ayrılması tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Sadıq qızı cavabdeh X7 qarşı miras əmlakının vərəsələr tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakından payın ayrılması tələbinə dair ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan Yevlax şəhəri, C.Kərimov küçəsi 81 saylı fərdi yaşayış evi və 0,0598 ha torpaq sahəsində olan payının onlar İddiaçı1, X11, İddiaçı3, İddiaçı4 Sadıq qızı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, o cümlədən həmin mirasın ½ hissədə ona İddiaçı1 payının ayrılmasını, həmçinin miras əmlakının yerdə qalan ½ hissəsinin ¼ hissəsinə İddiaçı1, X11, İddiaçı3, İddiaçı4 Sadıq qızının payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddianın həcminin azaldılmasına dair ərizəsində iddia tələbinin mirasın qəbul edilməsi hissəsində baxılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli ******* saylı çıxarışla Yevlax şəhəri, C.Kərimv küçəsi 81 saylı fərdi yaşayış evi X5 tam, həmin evin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə olmaqla mülkiyyətindədir. Sözügedən 0,0598 ha torpaq sahəsi 4 nəfərin-X5, İddiaçı1, İddiaçı3 və X6 ümumi birgə mülkiyyətindədir. O, birinci İddiaçı1 miras qoyan X5 rəsmi nikahlı arvadıdır. O, mərhum əri X12 ilə 1974-cü ildə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.1977-ci il təvəllüdlü X11, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı3, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh və xx.xx.1981-ci il təvəllüdlü İddiaçı4 Sadıq qızı adlı övladları dünyaya gəlmişdir. Həyat yoldaşı X12 2019-cu il tarixində vəfat etmişdir. Onun ölümündən sonra onlar-iddiaçılar həmin evdə yaşamış və hazırdada yaşayırlar. Təqdim olunan çıxarışdanda görünür ki, İddiaçı1 ərinin adında olan yaşayış evi xx.xx.2012-ci il tarixində dövlət reyestirdə qeydiyyata alınmışdır. Yəni qeyd olunan əmlakın ½ onun əmlakıdır. Yerdə qalan ½ hissəsini isə hazırki iddiaçılar qəbul etmişlər. Bu səbəbdəndə onların mübahisələndirilən əmlakla bağlı payının müəyyən etmək istəyən zaman Cavabdeh mübahisə yaratdığından onlar vərəsəliklə bağlı notariat kontorunda mübahisələrini tamamlaya bilməmişlər. Hüsnur miras əmlaka iddialı olduğundan mübahisə orada nizamlanmamışdır. Miras qoyan X12 2019-cu il tarixində vəfat edəndən sonra onlar yəni İddiaçı1, X11, İddiaçı3, İddiaçı4 Sadıq qızı miras əmlakını yaşamaqla, həmçinin rüsumları ödəməklə idarə etmişdir. Mirası idarə etmək, kommunal rüsumları ödəməkdə iştirak etmək mirasın faktiki qəbulu deməkdir. Cavabdeh 2000-ci ildə X8 ilə nikaha daxil olmuş, həmin tarixdən ailə qurduğu şəxslə Qaraməmmədli kəndində, sonra Rusiya Federasiyasında, hal-hazırda isə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi 59 saylı evdə yaşayır. Qaraməmmədli kəndində ər evində daimi qeydiyyatdadır. Miras qoyan X12 vəfat edəndən sonra cavabdeh nə miras əmlakında yaşamaqla mirası qəbul etmiş, nə də notariat orqana mirasın qəbul edilməsi ilə bağlı rəsmi ərizə ilə müraciət etməmişdir. Bundan başqa mirasın idarə olunmasında heç bir halda iştirak etməmişdir. Bu səbəbdəndə mirasın qəbulunda heç bir halda iştirak etməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh X13 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. İddiaçı1 vəkili Fərhad Məmmədov iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu Elxan Hüseynov tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 81 saylı məktubda qeyd edilir ki, iddiaçının xx.xx.2019cu il tarixdə vəfat etmiş əri X3 qalmış miras əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməsinə baxmayaraq, adına vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməyi barədə ərizəsinə baxılmışdır. Vərəsələr arasında miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisə olduğuna görə mirasın bölüşdürülməsi haqqında mübahisəniz həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şəkilləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1-da yerləşən fərdi yaşayış evi X4 tam, həmin evin yerləşdiyi 0.0598 ha torpaq sahəsi ümumi birgə İddiaçı1, X6, İddiaçı3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1974-ci il tarixdə verilmiş İ-ЖГ № 297579 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X9 arasında bağlanmış nikah 1974-cü ilin oktyabr ayının 22-ci günündə Yevlax rayon Qeydiyyat şöbəsinin akt qeydləri kitabında 197 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Gülmalıyev, arvada isə Gülmalıyeva soyadı verilmişdir. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 065820 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-ci il tarixdə verilmiş AZ-İ 842515 №-li, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2 atası X12 anası İddiaçı1dır. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş Vİİ-ЖГ 457252 №-li, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı4 Sadıq qızının atası X12 anası İddiaçı1dır. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş V-ЖГ 439164 №-li, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı3 atası X12 anası İddiaçı1dır. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/İS/124094-23 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2019-cu ilədək daxil edilmiş bütün xx.xx.1940-ci il təvəllüdlü X12 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı xx.xx.1953-cü il təvəllüdlü X10, oğlu xx.xx.1977-ci il təvəllüdlü İddiaçı2, oğlu xx.xx.1978-ci il təvəllüdlü İddiaçı3 Sadı oğlu, qızı xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh və qızı xx.xx.1981-ci il təvəllüdlü İddiaçı4 Sadıq qızıdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışa əsasən Yevlax şəhəri, C.Kərimova küçəsi ev 81-da yerləşən fərdi yaşayış evi tam payla, həmin evin yerləşdiyi 0.0598 ha torpaq sahəsi ümumi birgə əmlak kimi X5 mülkiyyətinə verilmiş, Sadıq Gülmalıyev isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçılar müvafiq olaraq mərhumun həyat yoldaşı və övladları olmaqla Sadıq Gülmalıyevin varisləri olmuş və sonuncu, 30.12. 2019-cu il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakı (ünvan 1-da yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0598 ha torpaq sahəsini) birinci növbə vərəsə kimi həmin miras əmlakdan istifadə etməklə onu faktiki olaraq qəbul etmişlər. Məhkəmə iddiaçıların izahatlarını, dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, digər sübutları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ərizədə qeyd edilən faktın təsdiq edilməsi iddiaçaya vərəsəlik haqqında şəhadətnamənin alınması üçün gərəkdir, miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də keçdiyindən və bu müddətin uzadılması imkanı da itirildiyindən ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin mərhum Sadıq Gülmalıyevə aid hissəsini miras əmlak kimi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Sadıq qızı tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar