Məhkəmə qərarları › İş №2(039)-567/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-567/2020

03.03.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-567/2020 03.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 mənzil 12 ünvanından istifadə hüququnun itrilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 12-nin mülkiyyətçisidir. Həmin mənzil RX seriyalı ******* saylı çıxarışla adına qeydə alınmıdşır. Cavabdehləri tanımır və onun mənzilinə necə qeydiyyata düşdüklərini bilmir. Cavabdehlər həmin mənzildə olmamışlar, orada yaşamamışlar. Onların onun mənzilində qeydiyyatları formal xarakter daşıyır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənYevlax şəhər 2 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş 576 saylı arayışdan məlum olur ki, İddiaçı Yevlax şəhəri, H.Əliyev prospekti 10/12-də yaşayır və qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənYevlax RPŞ-si tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə Bərdə rayonu, Nağılar kəndində anadan olmuş, ünvan 1 mənzil 12-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənRX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, ünvan 1 mənzil 12-də yarləşən fərdi yaşayış eviİddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənYevlax şəhər 2 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 06 saylı arayışdan məlum olur ki, Yevlax şəhəri, H.Əliyev prospekti ev 10/12 saylı mənzildə Cavabdeh1 və Cavabdeh2 yaşamırlar, onların hal-hazırda harada yaşamaları haqqında onlarda heç bir məlumat yoxdur. Məlumat olmadığı üçün məhkəmə bildirişini çatdıra bilməmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə 2. şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, İddiaçı ünvan 1 12 saylı mənzilin mülkiyyətçisidir. Cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının yaranması, yəni notariat qaydasında təsdiqlənən yazılı razılaşma əldə etməsi, yaxud mülkiyyətçinin ailə üzvü olmaları, məhz mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçmələri və ümumiyyətlə o ünvanda yaşamaları müəyyən olunmur. Belə ki, cavabdehlərin həmin mənzildən istifadə hüququnlarının yaranması üçün onun tərəfindən qanunvericiliyin yuxarıda istinad edilən normalarına əməl edilməlidir ki, hazırkı halda bu hal təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin ünvan 1 12 saylı mənzildən istifadə hüquqlarının əmələ gəlməsi müəyyən edilmədiyindən onların olmayan hüququna xitam verilməsi barədə iddia təmin edilə bilməz. Həmçinin, müəyyən olunur ki, cavabdehlərin həmin ünvanda qeydiyyatları formal xarakter daşımaqla mənzilin mülkiyyətçisinin hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməsə də, hazırkı qətnamə cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Bu qətnamə Cavabdeh1 və Cavabdeh2 ünvan 1 mənzil 12 saylı ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar