Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-570/2024 24.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8500 manat pulun və 106 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Şüvalan qəsəbəsində yerləşən evini təmir edərkən Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh özünü tikinti qrupunun rəhbəri kimi təqdim edərək briqadasını gətirib işi 2-3 günə yekunlaşdıracağını bildirmiş, santexnik və elektrik işlərinə görə Orxan Nadirovla 1500 manata razılaşmış və ona 500 manat beh vermiş, qalan 1000 manat pulu isə iş tamamlandıqdan sonra veriləcəkdir. Orxan Nadirov onlara lazım olan 3500 manatlıq materialların siyahısını yazmış, mağazada isə bu malların çox olduğunu desələr də, o zaman Orxan Nadirova inandığından bu sözün fərqinə varmamışdır. Onlar təmir olunan mənzilində yaşamadıqlarına görə cavabdehə inanıb evinin açarını sonuncuya vermişdir. Orxan Nadirovun yazdığı materialların hamısını alıb həyətə gətirib ona təhvil vermişdir. Bir müddət keçdikdən sonra həyətə nə usta, nə qrup işçiləri gəlməmiş, cavabdeh isə “narahat olmayın ustaların əlində işləri var, siz materiallarınızı alıb gətirib mən özüm gəlib həll edəcəyəm” deyib bir neçə gündən sonra işə başladı. Amma iş çox ləng getmiş, cavabdehin dediyi 2-3 günlük iş aylar idi ki, qurtarmaq bilmirdi. Səbəbini soruşanda isə Orxan Nadirov “kiməsə borcluyam pul verin ki, işiniz tez bitsin” deyib işini yubadırdı. Bir dəfə cavabdeh onların evlərinə pul istəməyə bir oğlanla gəlmiş, həmin şəxs də pul istəmiş və Orxan həmin oğlanın hansısa avtoritetin qohumu olduğunu onlara bildirmiş, cavabında isə iş tamamlanmazsa heç kimə pul verməyəcəyini cavabdehə bildirmişdir. Cavabdeh bir neçə gün təmir etməyə gəlməmiş, sonradan axşam saat 11-12 radələrində ona zəng edib “qaldığı evin yanında olduğunu, borcu olduğundan ona pul lazım olduğunu, pulu verməsini sonra işi görəcəyini, pulu onlaradan tələb etmək üçün dostları ilə gəldiyini demişdir. Təhdidlə danışdığından həmin gündən etibarən cavabdehə inamı sarsıldığından, öhdəliyə götürdüyü işləri natamam olduğundan pul vermək istəmədiyini və sabah evə baxacağını və sonra pulu verəcəyini Orxan Nadirova demişdir. Sabahı gün evə baxarkən işlərin natamam olduğunu müəyyən etmiş cavabdeh isə durmadan pul tələb edərək pulu verilməsə evdə olan materialları xarab edəcəyini bildirmişdir. Cavabdehə etiraz etdikdə evdə təmir üçün istifadə olunan baltanı əlinə götürüb onları öldürəcəyi və evi dağıdacağı ilə hədələmişdir. Yoldaşı evde karona xəstəsi olduğundan ora tək getmişdir. Nə edəcəyini bilmədiyindən çox qorxmuş, küçəyə qaçaraq 102 xidmətinə çağırış etmiş, polis işçiləri gəlib çatana qədər isə Orxan evdə dağıntı işlərini etmiş, əvvəldən və özünün çəkdiyi həm santexnika borularını, həm böyük miqdarda elektrik naqillərini kəsib doğrayaraq tam yararsız hala salmışdır. O, onlara həm mənəvi, həm də böyük miqdarda maddi ziyan vurmuşdur. Hadisə yerində polislər tərəfindən foto şəkillər götürülmüşdür. Hadisə haqqında sübutlar Mərdəkan polisində və onun telefonunda “whatsap” videoları və yazışmaları var. Ona dəymiş ziyan barədə polis heç bir tədbir görmədiyindən daha sonra həmin materialları 3000 manat verib yenidən almış və başqa ustaya 1500 manat verib santexnika və elektrik işlərini yenidən gördürmüşdür. Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan 8500 manatdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda bildirilmişdir ki, ünvan 1ydiyyatda olan Cavabdeh göstərilən ünvanda yaşamır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cinayət işinin başlanılmasının rədd olunması barədə Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin təhqiqatçısı Natiq Ağamirzəyevin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh qanunazidd hərəkətləri barədə vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün həmin qərar Xəzər RPİ-nin 1-ci PŞ-nə göndərilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət hüququ izah olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki; 2018-2023-cü il ərzində həmçinin cari ilin 06 iyun tarixindək vətəndaş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə işi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə çıxarılmış qərar üzrə vətəndaş Cavabdeh barəsində hər hansı bir inzibati tədbir görülməmiş, qərar işə alınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2541 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən 253 saylı fərdi yaşayış evi üzrə aparılmış təmir işlərinə və dəymiş ziyanın aradan qaldırılması üçün sərf olunmuş vəsaitin bazar qiymətinə uyğun olaraq ümumi dəyərinin 8500 manat məbləğində olduğu müəyyən olunmuşdur.X1raq Elektrik işlərinin yenidən bərpa edilməsi (materialla birlikdə) 5000 manat, Santexnika işlərinin görülməsi, su və kanalizasiya borularının çəkilməsi (materialla birlikdə) 3500 manat olmaqla cəmi 8500 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və iddiaçının izahatından müəyyən olunmuşdur ki, 30 avqust 2021-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən İddiaçı məxsus 253 saylı fərdi yaşayış evində evin təmiri ilə bağlı Cavabdeh ilə onun arasında mübahisə baş vermişdir. Bu mübahisə zamanı cavabdeh həmin evdə gördüyü işləri yəni əvvəldən və sonradan özünün çəkdiyi həm santexnika borularını, həm böyük miqdarda elektrik naqillərini kəsib doğramışdır (cavabdeh bu halı polis orqanında aparılan araşdırma zamanı verdiyi izahatında etiraf edir). Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehin təqsiri ücbatından baş vermiş hadisə nəticəsində İddiaçı ümümilikdə 7500 (yeddi min beş yüz manat) manat dəyərində zərər dəymişdir. Belə ki, iddiaçı təmir işlərinin görülməsi üçün beh olaraq cavabdehə 500 manat pul vermiş (cavabdeh bu halı polis orqanında aparılan araşdırma zamanı verdiyi izahatında etiraf edir), təmir-tikinti materialı alınması üçün 2500 manat (iddiaçı hazırki iddiasında təmir-tikinti matetiallara 3500 manat xərclədiyini bildirsə də polis orqanında aparılan araşdırma zamanı verdiyi izahatında buna 2500 manat sərf etdiyini qeyd edir), cavabdehin hərəkətlərindən sonra yenidən həmin təmir-tikinti materialların alınmasına 3000 manat pul vəsaiti sərf etmiş, habelə sözügedən evini təmir etdirmək üçün başqa ustalara 1500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-ci maddəsinə əsasən Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı 7500 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Dəymiş maddi zərərin əvəzi olaraq 7500 (yeddi min beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-570/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-570/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver