Məhkəmə qərarları › İş №2(039)-570/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-570/2025

17.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-570/2025 17.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı mənzildən əşyaların çıxarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı mənzildən əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 məxsus olan 77 adda əşyaların ünvan 1 ünvanından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçılar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən hazırkı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etməli olduqları halda, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Yevlax Rayon Məhkəməsinə müraciət etmişdirlər. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçıların cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etdiyi mənzil ünvan 2 ünvanda yerləşir və tərəflər arasında yaranmış mübahisə cavabdehə məxsus cehiz əşyalarının həmin mənzildən çıxarılmasından ibarətdir. Göründüyü kimi iddaçıların mənzildən cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etməsi, onların öz əmlakından maneəsiz istifadəsinə, öz əmlakları üzərində tam sahiblik hüququnun həyata keçirilməsinin təmin edilməsinə, bir sözlə mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddia ərizəsinə vermiş şəxsə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən hazırkı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı mənzildən əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinə vermiş şəxslərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən hazırkı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar