Məhkəmə qərarları › İş №2(039)-588/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-588/2020

13.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-588/2020 13.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X1 Yevlax şəhərində anadan olması, anasının Ərizəçi olması faktını müəyyən etməklə xx xxxxxxxx 2014-cü il təvəllüdlü X2 doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, X6 ilə faktiki nikahından doğulmuş xx xxxxxxxx 2014-cü il təvəllüdlü X4 ev şəraitində anadan olmuşdur. Buna görə də hazırki tarixədək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladının doğum şəhadətnaməsinin olmamasına görə övladları ilə bağlı bəzi mülki hüquqlarını həyata keçirə bilmir, bu işlərdə maneələr yaranır. Göründüyü kimi, övladı xx xxxxxxxx 2014-cü il təvəllüdlü X2 doğum faktının zərurəti yaranmışdır və onlara müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Lakin Maraqlı şəxsnə müraciət etsə də ona doğum haqqında şəhadətnamə vermədilər və məhkəməyə müraciət etməyini tövsiyə etdilər. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, övladının atası Rizvan Yusubovla faktiki nikah münasibətlərində olmaqla bir yerdə yaşamışlar, lakin hazırda ayrılmışlar. Azyaşlı uşaq poliklinikada qeydə alınmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Şahid X3 məhkəmə iclası zamanı bildirmişdir ki, Ərizəçi onun qızıdır. Şöhrət X7 faktiki nikah münasibətlərində bir evdə yaşamışlar. Bu münasibətlərdən onların iki övladı var. Sonuncu qız övladı xx xxxxxxxx 2014-cü il tarixdə ev şəraitində doğulmuşdur. Şahid X5 bildirmişdir ki, Ərizəçi onun baldızıdır. Ərizəçi iki azyaşlı uşağı var. Onun qızı xx xxxxxxxx 2014-cü il tarixdə ev şəraitində doğulmuşdur. Həmin uşağa Məryəm adı vermişlər. X12 üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanasının” publik hüquqi şəxsi tərəfindən verilmiş 768 №-li xx xxxxxx 2020-ci il tarixli arayışda qeyd olunur ki, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X4 uşaq müayinəsindən keçmişdir, sağlamdır.. Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin, xx xxxxxxxx 2014-cü il tarixdə bir qız uşağını Yevlax şəhərində, ev şəraitindədoğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, uşağın soyadının, adının və ata adının qeyd edilməsi hazırkı halda fakt təsdiqi kimi qeyd edilə bilməz, belə ki, həmin qeydiyyatın sənədləşdirilməsi üçün qanunvericiliklə başqa qayda müəyyən edilmişdir. Buna görə həmin hissələrdə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxxxxxx 2014-cü il tarixdə bir qız uşağını doğması faktı müəyyən edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar