Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-59/2023 21.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinə qarşı «0.60 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və ümumi birgə mülkiyyətlərinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedişgəliş yolu üçün nəzərdə tutulmuş yolda qanunsuz tikilmiş tikilinin (2 ferma binasının) sökülməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinə qarşı «0.60 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və ümumi birgə mülkiyyətlərinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedişgəliş yolu üçün nəzərdə tutulmuş yolda qanunsuz tikilmiş tikilinin (2 ferma binasının) sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-281 saylı 90100028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə daxil olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 3.70 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinin mülkiyyətinə daxil olan torpaq sahəsində Cavabdeh1, digər cavabdeh Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinin sədri X3 ilə iş birliyi nəticəsində qanunsuz olaraq inşa etdirdiyi iki ferma tikilisinin sökülməsinə dair (onların torpaq sahəsinə gediş-gəliş yollarının məhdudlaşdırdığı və sahənin suvarılmasına maneçilik törətdiyi üçün) qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün ödədiyi 115 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Yevlax rayon Qoyunbinəsi Bələdiyyəsindən (sədr X2) müştərək qaydada tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, həmin torpağı o hərbidə işləyəndə cavabdehə icarəyə verib pulunu almışdır. 4 ildir ki torpaqda özü istifadə edir. Torpağa gediş yolu bələdiyyəyə məxsusdur. Cavabdeh həmin yerdə ferma inşa etmişdir. Orada itlər saxlayır. Torpağına getmək üçün cavabdehin fermasından keçməlidir. O da həyatı üçün təhülkəlidir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izah etdi ki, cavabdehin torpağını icarəyə götürüb pulunu ödəmişdir. Dediyi vaxt da geri qaytarmışdır. Onun həmin ərazidə torpağı var və sənədləri də qaydasındadır. Onun iddiaçıya maneəçiliyi yoxdur. Əksinə iddiaçı ona ziyan vurur. Əvvəllər iddiaçının torpağına su onun torpağından keçirdir. Hazırda onun torpağından su aparmasına icazə vermir. Cavabdeh Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinin nümayəndəsi X3 məhkəmənin əvvəlki iclasında izahe etmişdir ki, tərəflərin hər ikisinin həmin ərazidə torpaq sahəsi vardır. İddiaçının gediş-gəliş və su yolu bağlanmamıışdır. Cavabdeh Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN-281 kod 90100028 saylı dövlət aktının surətindən məlum olur ki, İddiaçı və ailə üzvlərinin Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində 3.70 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** nömrəli, 10 may 2022-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayon X1 rayonu, Qoyunbinəsi kəndi ərazisində 0.8304 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 mart 2023-cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı mütəxəssis rəyinin verilməsi üçün 115 manat ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 may 2023-cü il tarixli 3- 21-3-35/2-1593/2023 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yerləşən, iddiaçının torpağı Cavabdeh1 tərəfindən naturada istifadə edilmir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə gediş-gəliş üçün və suvarma yolu üçün nəzərdə tutulmuş yolda tikili mövcud deyil. Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş iki ədəd ferma iddiaçının torpaq sahəsinə gediş-gəliş yoluna və suvarma yoluna maneəçiliyi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/4596 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəsis rəyində qeyd edilmişdir ki, Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yerləşən, iddiaçının torpağı Cavabdeh1 tərəfindən naturada istifadə edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəsis rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə gediş-gəliş üçün və suvarma yolu üçün nəzərdə tutulmuş yolda tikili mövcud deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəsis rəyində qeyd edilmişdir ki, Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş iki ədəd ferma iddiaçının torpaq sahəsinə gediş-gəliş yoluna və suvarma yoluna maneəçiliyi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** nömrəli, 08 dekabr 2023-cü il tarixli çıxarışın surətindən məlum olur ki, Cavabdeh1 Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində 0.7004 hektar torpaq sahəsi vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində 3.70 hektar torpaq sahəsi vardır. İddiaçı cavabdehlər Cavabdeh1 və Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinə qarşı «0.60 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və ümumi birgə mülkiyyətlərinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu üçün nəzərdə tutulmuş yolda qanunsuz tikilmiş tikilinin (2 ferma binasının) sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-281 saylı 90100028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə daxil olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 3.70 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinin mülkiyyətinə daxil olan torpaq sahəsində Cavabdeh1, digər cavabdeh Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinin sədri X3 ilə iş birliyi nəticəsində qanunsuz olaraq inşa etdirdiyi iki ferma tikilisinin sökülməsinə dair (onların torpaq sahəsinə gediş-gəliş yollarının məhdudlaşdırdığı və sahənin suvarılmasına maneçilik törətdiyi üçün) qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin mütəxəssis rəyindən Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yerləşən, iddiaçının torpağı Cavabdeh1 tərəfindən naturada istifadə edilmir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə gediş-gəliş üçün və suvarma yolu üçün nəzərdə tutulmuş yolda tikili mövcud deyil. Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş iki ədəd ferma iddiaçının torpaq sahəsinə gediş-gəliş yoluna və suvarma yoluna maneəçiliyi olmaması məlum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəsis rəyində qeyd edilmişdir ki, Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yerləşən, iddiaçının torpağı Cavabdeh1 tərəfindən naturada istifadə edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəsis rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə gediş-gəliş üçün və suvarma yolu üçün nəzərdə tutulmuş yolda tikili mövcud deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəsis rəyində qeyd edilmişdir ki, Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş iki ədəd ferma iddiaçının torpaq sahəsinə gediş-gəliş yoluna və suvarma yoluna maneəçiliyi olmaması məlum olmudur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinə qarşı «0.60 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və ümumi birgə mülkiyyətlərinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedişgəliş yolu üçün nəzərdə tutulmuş yolda qanunsuz tikilmiş tikilinin (2 ferma binasının) sökülməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-59/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-59/2023
21.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver