Məhkəmə qərarları › İş №2(039)-6/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-6/2021

09.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-6/2021 09.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdeh oğlunun, vəkili X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh oğluna qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, maddi-mənəvi ziyanı və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin zəbt etdiyi, mülkiyyətlərində olan Yevlax rayon X4 xx xxxx 1998-ci il tarixli, 32 saylı qərarı ilə Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində yerləşən 3.74 ha torpaq sahəsi JN 123A, Kod 90106018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətlərinə verilmiş Yevlax rayonu. Qaraməmmədli kəndi ərazisində yerləşən 3,74 ha torpaq sahəsindən dərhal çıxarılması və cavabdehin qanunsuz hərəkətləri, yəni onların qanuni mülkiyyətində olan torpağı zəbt etməsi nəticəsində onlara dəymiş 50,000 manat məbləğində maddi ziyanın və məhkəmədə iddia ərizəsinə baxılmaq üçün banka ödədikləri 30.20 manat dövlət rüsumunun cavabdehdən alınıb onlara verilməsinə və AR ƏMDK yanında DƏDRX tərəfindən həmin torpaq sahəsinin sərhədlərinin təyin edilməsi və sənədlərin qaydaya salınmasına dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia belə əsaslandırılmışdır ki, Yevlax rayon X4 xx xxxx 1998-ei il tarixli, 32 saylı qərarı ilə Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində yerləşən 3.74 ha torpaq sahəsi JN 123A, Kod 90106018 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə onlara verilmişdir. Bu fakt yuxarıda qeyd olunan sənəd ilə təsdiq edilmişdir. Cavabdeh onların həmin torpaq sahəsini zəbt edərək qeyri-qanuni əsaslarla istismar edir. Bu hal yolverilməzdir və onların mülkiyyət üzərində hüquqlarını məhdudlaşdırır. Dəfələrlə onun qeyd edilən torpaq sahəsindən çıxmasını tələb etsələr də, cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxmır. Bununla bağlı kəndin bələdiyyəsinə və icra nümayəndəsinə dəfələrlə müraciət edilmişdir. Lakin cavabdeh heç kimə əhəmiyyət vermir. Eyni zamanda mülkiyyətlərində olan torpaq sahəsi dövlət aktında 3.74 ha qeyd olunmasına baxmayaraq Yevlax rayonu, Qaraməmmədli kəndinin elektron xəritəsində 2.24 ha kimi qeyd edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində AR ƏMDK yanında DƏDRX tərəfindən həmin torpaq sahəsinin sərhədlərinin təyin edilməsi və sənədlərin qaydaya salınması mümkün olmamışdır. Cavabdehin qanunsuz olaraq onun torpağını zəbt etməsi nəticəsində uzun müddətdir ki, yəni 1998-ci ildən torpağını əkib becərə bilmir və buna görə də real gəlirdən faktiki olaraq məhrum olmuşdur. Halbuki, cavabdeh yuxarıda qeyd olunan qanunsuz hərəkətlərə yol verməsəydi onlar, həmin torpaq sahəsini istifadə edib müəyyən gəlir əldə edərək ailələrinin maddi vəziyyətini az da olsa normallaşdırardılar. Hazırda isə cavabdehin özbaşına və qanunsuz hərəkətləri nəticəsində ailənin real maddi vəziyyəti çox acınacaqlı haldadır. Məhkəmə iclası zamanı iddiaçılar İddiaçı1 və İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Eyni zamanda bildirmişlər ki, digər iddiaçılar onların övladlarıdır, üzrlü səbəbdən məhkəmə iclasına gəlməmişlər, lakin iddianı müdafiə etdiklərini bildirmişlər. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, Yevlax rayon X4 xx xxxx 1998-ci il tarixli, 32 saylı qərarı ilə Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində yerləşən 3.18 ha torpaq sahəsi JN 124, Kod 90106018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə onun və ailəsinin mülkiyyətinə verilmişdir. Həmin sənədə əlavə edilmiş torpaq sahəsinin planına əsasən də sahədən istifadə etmişdir. Bu səbəbdən iddiaçıların torpaq sahəsini zəbt etməmiş və iddiaçılara məxsus torpaq sahəsindən qanunsuz istifadə etməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxxxx 2018-ci il tarixli məktubunda qeyd olunur ki, Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 3,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-123 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətə verilmişdir. Əlavə olaraq idarənin arxivində saxlanılan JN-123 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında torpaq sahəsinin planı və ümumi sahəsi Yevlax rayonu Qaraməmmədli kəndinin elektron xəritəsində fərqli olmaqla 2,24 ha qeyd edilmşdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-1xx xxx 90106018 saylı şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Yevlax rayonu X4 xx xxxx 1998-ciı il tarixli 32 nömrəli qərarı ilə 3,74 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi Yevlax rayon Qaraməmmədli kənd sakini İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 və İddiaçı2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-1xx xxx 90106018 saylı şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Yevlax rayonu X4 xx xxxx 1998-ciı il tarixli 32 nömrəli qərarı ilə 3,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi Yevlax rayon Qaraməmmədli kənd sakini Cavabdeh oğlunun, X1 və X2 mülkiyyətinə verilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-16/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X8rşı "JN-1xx xxx 90106018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 3,18 ha torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Həmin qərarda da əksini tapmış Məhkəmə Ekspertizası Mərkəzinin 21690 nömrəli xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində qeyd edilir ki, X7 və ailə üzvləri tərəfindən istifadə edilən torpaq sahəsi Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində JN-123 nömrəli dövlət aktında göstərilən 2,24 ha torpaq sahəsi ilə üst-üstə düşür. JN-124 nömrəli dövlət aktına əsasən X3 və ailə üzvlərinin mülkiyyətində olan 3,18 ha torpaq sahəsi barədə Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində heç bir məlumat aşkar olunmadığına görə həmin torpaq sahəsi ilə JN-123 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Yevlax Rayon X4 xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı ilə JN-123 nömrəli dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində 2,24 ha göstərilməklə Yevlax rayonu Qaraməmmədli kəndində yerləşdiyi müəyyən olunur. Lakin JN-123 nömrəli dövlət aktında İddiaçı1 və ailə üzvlərinə ayrılmış torpaq sahəsi 3,74 ha göstərilsə də, Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində 2,24 ha olduğu müəyyən olunur. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Yevlax rayon X4 xx xxxx 1998-ci il tarixli, 32 saylı qərarı ilə Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində yerləşən torpaq sahəsinin 2,24 ha sahəsi iddiaçıların qanuni sahibliyindədir və həmin sahə cavabdehin faktiki istifadəsində olan sahə ilə üst-üstə düşür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin, Yevlax rayon X4 xx xxxx 1998-ci il tarixli, 32 saylı qərarı ilə iddiaçıların qanuni sahibliyində olan Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində yerləşən torpaq sahəsinin 2,24 ha sahəsindən çıxarılması hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Yevlax rayon X4 xx xxxx 1998-ci il tarixli, 32 saylı qərarı ilə iddiaçılara ayrılmış torpaq sahəsinin digər hissəsinin iddiaçıların qanuni sahibliyində olması mövcud sübutlarla müəyyən edilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Bundan başqa, iddiaçılar, cavabdehin qanunsuz hərəkətləri, yəni onların qanuni mülkiyyətində olan torpağı zəbt etməsi nəticəsində onlara 50,000 manat məbləğində maddi ziyanın vurulduğunu bildirsələr də buna dair, habelə əldən çıxmış faydanı əldə etmək üçün gördükləri tədbirlər və bu məqsədlə apardıqları hazırlıq işlərinə dair hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən həmin hissədə iddia təmin edilməməlidir. İddianın AR ƏMDK yanında DƏDRX tərəfindən həmin torpaq sahəsinin sərhədlərinin təyin edilməsi və sənədlərin qaydaya salınması hissəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, bu tələb hazırkı iş üzrə cavabdehə yönələ bilməz. Belə ki, AR ƏMDK yanında DƏDRX hazırkı iş üzrə cavabdeh deyildir. Ona görə həmin hissədə də iddia təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin . Cavabdeh oğlu iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Yevlax rayon X4 xx xxxx 1998-ci il tarixli, 32 saylı qərarı ilə ayrılmış Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində yerləşən torpaq sahəsinin 2,24 ha sahəsindən çıxarılsın. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat 40 (qırx) qəpik Cavabdeh oğlundan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar