Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-618/2020 10.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayonu Havarlı Bələdiyyəsinə qarşı «torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayonu Havarlı Bələdiyyəsinə qarşı «torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Sədaqət Sarıyava tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikilmiş tikililərin sökülməsinə və ona məxsus torpaq sahəsinin ölçülərək ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsində Sədaqət Sarıyevanı cavabdeh kimi göstərləmi olduğu halda, Sədaqət Sarıyevanı cavabdeh qismində göstərməmiş, lakin ona qarşı tələb irəli sürmüş və Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərini əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbinə görə, Sədaqət Sarıyevanı cavabdeh qismində göstərməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1-152.1-ci maddələrinə əsasən, iddia ərizəsini bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Ərizə bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunu riayət edilmədən tərtib edildiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayonu Havarlı Bələdiyyəsinə qarşı «torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra, təkrarən ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-618/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-618/2020
10.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver