Məhkəmə qərarları › İş №2(039)-62/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-62/2022

21.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-62/2022 21.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı3 Mövsüm qızının, İddiaçı1, İddiaçı6 və İddiaçı5 Cavabdeh1 iştirakı ilə, İddiaçılar X8, X3, İddiaçı3 Mövsüm qızının, X1, İddiaçı1, İddiaçı6 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X14, X10, İddiaçı3 Mövsüm qızı, X6, İddiaçı1, İddiaçı6 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Yevlax rayonu Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 22 nömrəli qərarı, torpağın mülkiyyət hüququna dair JN 192 kod 90114018 saylı dövlət aktı ilə Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.35 ha torpaq sahəsinin zəbt edilmiş 1.55 ha hissəsindən cavabdehər Cavabdeh2 və Cavabdeh1 dərhal çıxarılmalarına, torpağın boşaldılmasına və onlara təhvil verilməsi barədə qətnamə, o cümlədən qanunsuz zəbtlə bağlı xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı3 Mövsüm qızı iddia tələbini müdafiə edərək izah etdi ki, onların Yevlax rayonu, Yuxarı Qarxun kəndində 2.35 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin bir hissəsi cavabdehlər zəbt etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, onların Yevlax rayonu, Yuxarı Qarxun kəndində 2.35 ha torpaq sahəsi vardır. Torpaq sahəsinin bir hissəsi cavabdehlər zəbt etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər torpaqdan çıxmaqdan imtina edirlər. İddiaçı6 iddia tələbini müdafiə edərək izah etdi ki, onların torpağını cavabdehər zəbt etmişlər. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər torpaqdan çıxmaqdan imtina edirlər. İddiaçı5 iddia tələbini müdafiə edərək izah etdi ki, onların torpağını cavabdehər zəbt etmişlər. Hazırda cavabdehlərin onların torpağından çıxarilmasını istəyirlər. Cavabdeh1 məhkəmə iclasında izah etdi ki, torpağı almışdır. Həmin torpaqdan istifadə edir. Hazırda torpaqdan çıxmaqdan imtina etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların torpağın mülkiyyət hüququna dair JN-192 kod 90114018 saylı dövlət aktından məlum olur ki, X8, X3, İddiaçı3 Mövsüm qızının, X1, X11, İddiaçı1, İddiaçı6 və İddiaçı5 Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində mülkiyyətində 2.35 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların torpağın mülkiyyət hüququna dair JN-193 kod 90114018 saylı dövlət aktından məlum olur ki, Cavabdeh2, X9, X4, X13, X5 Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində mülkiyyətində 1.55 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 mart 2022-ci il tarixli **********27 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıların JN-192 (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətinə verilmiş 2.35 torpaq sahəsini Yevlax rayonu Yuxarı Qarxun kənd təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsi ilə müqayisələndirdikdə məlum oldu ki, JN-192 (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktının 192A nömrəli çevrəsində 1.2951 hektar torpaq sahəsinin 0.50 hektarı, JN- 192 (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktının 192B nömrəli çevrəsində göstərilən 1.0550 hektar sahəsinin 0.66 hektarı tərəflərin naturada göstərdiyi 3.95 ha torpaq sahəsinin daxilində yerləşir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 27 may 2022-ci il tarixli **********57 saylı məktubundan görünür ki, mütəxəssis rəyində qeyd olunan JN-192A və JN-192B saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları JN- 192 saylı dövlət aktının tərkib hissələri olmaqla iddiaçı X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsidir. JN-192 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2.35 torpaq sahəsinin ümumilikdə 1.16 ha hissəsi tərəflərin naturada göstərdiyi torpaq sahəsinin daxilində yerləşir. Belə ki, qeyd edildiyi kimi JN-192 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 192A nömrəli çevrəsində 1.2951 hektar torpaq sahəsinin 0.50 hektarı, JN-192 (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktının 192B nömrəli çevrəsində göstərilən 1.0550 hektar sahəsinin 0.66 hektarı tərəflərin naturada göstərdiyi 3.95 ha torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların torpağa mülkiyyət hüququna dair dövlət aktları JN-192 saylı dövlət aktı əsasən Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində mülkiyyətində 2.35 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 1.16 ha hissəsini cavabdehlər faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçıların mülkiyyət hüquqları kobud şəkildə pozulur. Məhkəmə iddianın xüsusi qərarla bağlı hissəsində qeyd edir ki, iddiaçıların məhkəmə qətnaməsi ilə hüquqları bərpa olunduğundan iddia həmin hissədə təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıların mülkiyyətində olan 2.35 ha torpaq sahəsinin 1.16 ha hissəsindən cavabdehlər çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Torpaq sahəsi ilə bağlı müqaisəli tədqiqat mövcud deyil. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rusumu tutularaq iddiaçıya qaytarılmalıdır. İnsan hüquqlarinin və əsas azadlıqlarinin müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar X12, X7, İddiaçı3 Mövsüm qızına, X2, İddiaçı1, İddiaçı6 və İddiaçı5 məxsus olan Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən 2.35 ha torpaq sahəsinin zəbt edilmiş 1.16 ha hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar