Məhkəmə qərarları › İş №2(039)-62/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-62/2023

16.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-62/2023 16.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 nümayəndəsi və vəkili X5 iştirakı ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı Cavabdeh və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) X6 qarşı «mənzilə köçürülmə» və cavabdeh X4 İddiaçı qarşı «ünvan 1 ünvanına dair cavabdehin istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları X7, X2 daimi qeydiyyatda olduqları Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə köçürülmələrinə və həmin mənzilə istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X9 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Cavabdeh X9 İddiaçı qarşı «ünvan 1 ünvanına dair cavabdehin istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-838/2022 saylı mülki iş üzrə cavabdeh – iddiaçı Məmmədova (Misirova) İradə Bəhmən qızının iki övladı X13 və X8 ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə dair itifadə hüququnun iritilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Cavabdeh X9 məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə övladları ilə birlikdə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaçı iddianı tələbini onunla əsaslandırmışır ki, o, Cavabdeh ilə 04 mart 2003-cü il tarixindən faktiki olaraq nikaha daxil olmuşdur. Bu nikahdan 26 yanvar 2003-cü il təvəlldülü X18 qoğlu və 08 may 2005-ci il təvəllüdlü X8 adlarında övladları dünyaya gəlmişlər. Hər iki uşaq onun himayəsindədir. O qeydiyyatda olduqları evə uşaqları ilə birlikdə köçmək istəyir. Yevlax şəhər icra Hakimiyyəti 74 nömrəli 01 noyabr 2010-cu il tarixli orderinə əsasən Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilində o və uşaqları qeydiyyatdadır. Uşaqları və o, münasibətləri korlanana qədər bu evdə yaşamışlar. Lakin hazırda cavabdehlər onları bu evdə yaşamağa qoymurlar. Əşyaları belə həmin evdədir. Onlar evdən çıxarıldıqlarından evdə yaşaya bilmirlər. Bu səbəbdən də çətikliklərlə üzləşirlər. Verilən orderdən görünür ki onlar bu evdə həmin order əsasında rəsmən qediyyatdadılar. Bu səbəbdən də o, cavabdehlərin onları evə buraxmaması səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izah etdi ki, İradə ilə ailəli olmuşlar. Hazırda nikahları pozulmuşdur. Həmin mənzil onlara şəhid ailəsi olduqları üçün verilmişdir. İradənin həmin evə köçürülməsinə razı deyil. Əşyaları bizim evdədir. Onların da çıxarılmasını istəyir. İddiaçı 2020-ci ildən həmin evdə yaşamır. Cavabdeh X4 nümayəndəsi və vəkili X10 məhkəmə iclasında izah etdi ki, İddiaçı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X9 şəhid ailəsidir. Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzil onun həyat yoldaşı Yuris Misirovun şəhidlik zirvəsinə yüksəldiyi üçün sosial kirayə müqaviləsi əsasında ona verilmişdir. Mənzil dair sənəd sosial kirayə müqaviləsi adı ilə verilməsi olduğu halda, yanlışlıqla order verilmişdir. Bu hal X4 yox, Yevlax şəhər İcra Hakimiyyətinin səhvidir. Şəhid həyat yoldaşı olduğu üçün Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzil X6 verilən vaxt İddiaçı onun ailə üzvü olduğu üçün onun adı orderə salınmışdır. Hazırda İddiaçı ailə üzvləri sırasından çıxmışdır. Oğlu Cavabdeh ilə İddiaçı arasında olan rəsmi nikah pozulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı idda rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhəri İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir İstismar sahəsinin 25 aprel 2022-ci il tarixli 121 saylı arayışından məlum olur ki, Cavabdeh Yevlax şəhəri, C.Mustafayev küçəsi 106/23-də yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhəri İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir İstismar sahəsinin 07 yanvar 2022-ci il tarixli 008 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax şəhəri, C.Mustafayev küçəsi 106/23-də qeydiyyatdadır. X3 2003-cü il təvəllüdlü, qızı X8 2005-ci il təvəllüdlü Yevlax şəhəri, C.Mustafayev küçəsi 106/23-də qeydiyyatdalar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 yanvar 2022-ci il tarixli 11701 saylı arayışından məlum olur ki, İddiaçı mənzilə köçürülmə ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 may 2022-ci il tarixli 01968 saylı arayışından məlum olur ki, X9 mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(039)-1069/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 2001-ci ilin fevral ayının 10-cu günündə akt qeydləri kitabında 26 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Nikahın pozulmasından sonra xx.xx.2003-cü il təvəllüdlü X13 və xx.xx.2005-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 17 noyabr 2022-ci il tarixli **********94 saylı məktubundan məlum olur ki, Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 nömrəli binanın 23 saylı mənzilinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİNB-nın Aparıatı tərəfindən təqdim edilmiş Yevlax şəhəri İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir İstismar sahəsinin 26 dekabr 2022-ci il tarixli 321 saylı arayışından məlum olur ki, 01 noyabr 2010-cu il tarixdə Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 nömrəli Dövlət İctimai yaşayış binasından şəhid ailəsi və Qarabağ əlilləri üçün nəzərdə tutulmuş binadan şəhid X1 həyat yoldaşı X6 ümumi sahəsi 70.1 kvadrat metr olan 2 otaqlı mənil (bina 106, mənzil 23) verilmişdir. Ailə üzvlərinin sayına əsasən. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİNB-nın Aparıatı tərəfindən təqdim edilmiş 01 noyabr 2010-cu il tarixli 74 saylı orderin surətindən məlum olur ki, 01 noyabr 2010-cu il tarixdə şəhid X1 həyat yoldaşı X6 ümumi sahəsi 70.1 kvadrat metr olan 2 otaqlı mənil (bina 106, mənzil 23) verilmişdir. Ailə tərkibi X9 1955, oğlu Cavabdeh 1975, gəlini İddiaçı 1978, nəvəsi X13 2003, nəvəsi X8 2005. Beləliklə, məhkəmədə aydın oldu ki, Cavabdeh ilə İddiaçı rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. 01 noyabr 2010-cu il tarixdə şəhid X1 həyat yoldaşı X6 ümumi sahəsi 70.1 kvadrat metr olan 2 otaqlı mənil (bina 106, mənzil 23) verilmişdir. Bu barədə 01 noyabr 2010-cu il tarixli 74 saylı order verilmişdir. Həmin mənzil ailə üzvlərinin sayına görə verilmişdir. 23 oktyabr 2020-ci il tarixli qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları X7, X2 daimi qeydiyyatda olduqları Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə köçürülmələrinə və həmin mənzilə istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X9 «ünvan 1 ünvanına dair cavabdehin istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-838/2022 saylı mülki iş üzrə cavabdeh – iddiaçı Məmmədova (Misirova) İradə Bəhmən qızının iki övladı X13 və X8 ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə dair itifadə hüququnun iritilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, İddiaçı, X7 və X2 Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə istifadə hüquqlarının tanınmalı, İddiaçı, X13 və X8 ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə köçürülməli, İddiaçı, X7 və X2 həmin mənzilin kommunal və qeyriyaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlərlə bərabər hüquqda müəyyən edilməlidir. Qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mənzil verilərkən iddiaçının və onun övladlarının da həmin mənzil dair verilmiş orderdə adları qeyd edilmişdir. Yəni mənzil ailə üzvlərinin sayına əsasən 70.1 kv.m ölçüdə verilmişdir. Dövlət orqanının aktları mövcuddur. Hal-hazırda həmin akt qüvvədədir və mübahisələndirilməyib. İddiaçının əşyaları həmin evdədir. İddiaçı övladları ilə birlikdə həmin evdə yaşamışdır. Hazırda da, uşaqlarının təhsili və öz işi ilə bağlı Bakı şəhərində yaşayır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.1-ci maddəsində göstərilir ki, Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.2-ci maddəsində göstərilir ki, Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktlarıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsində göstərilir ki, Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50-ci maddəsində göstərilir ki, 50.1 Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 69.1-ci maddəsində göstərilir ki, Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 70-ci maddəsində göstərilir ki,Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin iddia təmin edilsin. İddiaçı, X7 və X2 Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə istifadə hüquqlarının tanınsın. İddiaçı, X13 və X8 ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə köçürülsünlər. İddiaçı, X7 və X2 həmin mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlərlə bərabər hüquqda müəyyən edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar