Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-624/2024 11.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ X1 Əliyar oğlunun sədrliyi , Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinin 13 avqust 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa müvafiq olaraq mülkiyyətində olan Yevlax şəhəri, M.Füzuli küçəsi 43 nömrəli evin üzərində yerləşən 0.0424 ha torpaq sahəsinin zəbt edilmiş 20 kv.m (20 m uzunu, 1 m eni) hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, onun işinə bir dəfə baxılıb və işini qarışdırmışlar. Hazırda hakim Ruslan Əlizadə tərəfindən işə baxılmasına etiraz etmir. 20 kv.m torpağını cavabdehlər zəbt etmişdir. Taxta hasarı söküb torpağını tutublar. Yevlax Rayon Məhkəməsində işə baxıldıqdan sonra Şəki Apellyasiya Məhkəməsi işə baxdı. Lakin o məhkəmədə olmamışdır. Torpaq həmin torpaqdı. Məhkəmədən sonra yeni bir tikili olmayıb. Eyni ərazidir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, bu tələbə bir dəfə baxılıb və məhkəmə qərarı var. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Yevlax Rayon Məhkəməsi bu işlə bağlı qərar vermişdir. Şəki Apellyasiya Məhkəməsi də qüvvədə saxlamışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı eyni tələblə bağlı məhkəmədə iddia qaldırmışdır. Yevlax Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(039)-92/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və tikilinin sökülməsi barədə iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(107)-51/2022 saylı qətnaməsi ilə iddiacı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(039)-92/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsində qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-nin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 saylı Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında Qərarının 2.1.1-ci bəndində qeyd edilmişdir ki, dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Həmin qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264 və 266-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair 2(039)-624/2024 saylı mülki işin icraatına xitam verilsin. 17 noyabr 2023-cü il tarixli 3353 saylı qəbzlə artıq ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-624/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-624/2024
11.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver