Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-625/2025 30.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 mərhum Ərizəçi İsmayıl oğlunun oğlu olması, yəni qohum olmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, babası Ərizəçi İsmayıl oğlu 1912-ci ildə anadan olmuş, 05 avqust 1958-ci ildə vəfat etmişdir. Vəfat etdikdən sonra onu, yəni babası Ərizəçi İsmayıl oğlunu kənd əhalisi Yevlax rayonu Hürüuşağı kənd qəbirstanlığında dəfn etmişlər. Onun oğlu, yəni atası (ərizəçinin) X6 isə 17 avqust 2019-cu ildə vəfat etmişdir. Babasından miras qalmış həyət evi atası X6, atasının ölümündən sonra isə mirası o (ərizəçi) idarə edir. Babasının ölümü ilə bağlı onun ölüm faktını əldə edə bilməmişdir. Qohumluq faktını isə əldə edə bilmir. Əvvəlcə Maraqlı şəxsnə müraciət etmişdir. Burada o atasının doğum şəhadətnaməsini də əldə edə bilmədyindən babası Ərizəçi İsmayıl oğlu ilə atası X3 qohum olmaları faktının müəyyən edilməsini istəyir. Çünki bu barədə qeydiyyat şöbəsindən rəsmi sənəd əldə edə bilməmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmaını xahiş etmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçinin vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin vəkili Vəkil və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli və qohumdurlar. Ərizəçinin babası Ərizəçi İsmayıl oğlu, ərizəçinin atası isə X6 olmuşdur. Həmin vaxt o (şahid) uşaq olmuş, ərizəçinin babası 1958-ci ildə, ərizəçinin atası isə 2019-cu ildə ölmüşdür. Hər iki şəxs kənd qəbirstanlığında dəfn olunmuşlar. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə qohumdurlar. Ərizəçi ilə bir məktəbdə oxumuşlar və əvvəllər bir kənddə yaşamışlar. Ərizəçinin babası Ərizəçi İsmayıl oğlu, ərizəçinin atası isə X6 olmuşdur. Ərizəçinin atasının doğum şəhadətnaməsi olmadığına görə babası ilə qohum olmalarının təsdiq edilməsi mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərizəçiyə babasından miras əmlaka qanun üzrə vərəsə tanınması üçün lazımdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Yevlax rayon Salahlı kənd soveti tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 01 avqust 1965-ci ildə doğulmuşdur, atası X6, anası Bağırova həmidə Mikayıl qızıdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi İsmayıl oğlu 05 avqust 1958-ci ildə ölmüşdür. İşdə olan Yevlax rayon Tanrıqulular kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 avqust 2019-cu ildə ölmüşdür. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-2258/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ərizə təmin edilərək, Ərizəçi İsmayıl oğlunun 05 avqust 1958-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Dövlət arxivinin Yevlax filialında X3 doğumna dair sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, 05 avqust 1958-ci il tarixdə ölmüş Ərizəçi İsmayıl oğlu ilə 17 avqust 2019-cu ildə ölmüş X7 ata və oğlu olmuşlar, lakin ərizəçinin mərhum atası X5 doğumuna dair müvafiq icra hakimiyyəti orqanında qeyd aşkar edilmədiyindən onun doğumuna dair şəhadətnamə verilməsi mümkün olmamış və buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Faktın müəyyən edilməsi ərizəçiyə mərhum babasından miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün zəruridir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05 avqust 1958-ci ildə ölmüş Ərizəçi İsmayıl oğlu ilə 17 avqust 2019-cu ildə ölmüş X5 qohum olmaları, yəni ata və oğul olmaları faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-625/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-625/2025
30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver