Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-627/2020 18.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbi haqqında iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə məxsus olan, Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla, azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2018-ci ildə el adəti ilə toy edərək ailə qurmuş və həmin vaxtdan da cavabdehin Yevlax rayonu Aran qəsəbəsində yerləşən evinə gəlin köçərək orada yaşamışdır. xx xxx 2018-ci ildə cavabdehlə rəsmi nikah bağlamışlar. Birgə nikahlarından xx xxxxxx 2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri çox yaxşı olmuş, həmişə birlikdə mehriban yaşamışlar. Lakin son vaxtlar münasibətləri pisləşdiyi üçün Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. O, uzun müddət cavabdehlərə məxsus evdə yaşamışdır. Orada bir uşaq dünyaya gətirmişdir. Cavabdehlərlə birgə bir təsərrüfatı idarə etmişdir. Hazırda o, bir körpə uşaqla çöllərdə qalmışdır. Yaşamağa evi yoxdur. Maddi vəziyyəti də olduqca ağırdır. Ona görə də uşağı ilə birlikdə cavabdehlərə məxsus olan evə köçmək istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X10 iddia ərizəsinə etiraz edərək bildirdi ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evi 1987-ci ildə mərhum əri Sahib Hacıyev tərfindən tikilmişdir, evə dair heç bir rəsmi sənəd mövcud deyil. İddiaçı 2018-ci ildə həmin evə gəlin köçüb 3 ay yaşadıqdan sonra hamilə olduğu üçün valideynlərinin evinə getmiş və bir daha mübahiləndirilən evə qayıtmamışdır. İddiaçı nə evin tikintisində iştirak etmiş, nə də onlarla birgə təssərrüfat aparmışdır. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 cavabdeh Kubra Quluyeva ilə eyni məzmunda izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X12 xx xxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, cavabdehlər X10 və Cavabdeh1 adına hər hansı yaşayış evi qeydiyyata alınmamışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-455A, kod 90100016 saylı dövlət aktından müəyyən olunur ki, Yevlax rayon X4 xx.xx.2001-ci il tarixli qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi X9 və onun ailə üzvlərinin, o cümlədən Cavabdeh1 və Quluyeva (Hacıyeva) Kubra Bəhrəm qızının ümumi birgə mülkiyyətinə verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-2475/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə X7 arasında bağlanmış xx xxx 2018-ci il tarixli nikah qeydi pozulmuş və onların birgə nikahdan olan uşaqları xx xxxxxx 2018-ci il təvəllüdlü X8 anası X2 yanında saxlanılmışdır. Beləliklə, Məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, mübahisəli evin yerləşdiyi 0,15 ha torpaq sahəsi Yevlax rayonu X4 xx.xx.2001-ci il tarixli qərarı ilə Cavabdeh1 və Quluyeva (Hacıyeva) Kubra Bəhrəm qızının ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində mübahisəli ev inşa edilmişdir. İddiaçı, iş üzrə Cavabdeh1 ilə xx xxx 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və toydan sonra mübahisəli evə gəlin köçmüşdür. İddiaçı, Cavabdeh1 ilə faktiki ayrıldığı vaxtadək həmin evdə yaşamışdır. İddiaçı və Cavabdeh1 arasında nikah qeydə alındığı zaman ev dövlət qeydiyyatına alınmasa da, evin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında cavabdehlər Cavabdeh1 və Quluyeva(Hacıyeva) Kubra Bəhrəm qızının adına qeydə alınmış əmlak olmuşdur. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, torpağın mülkiyyətçilərinin fərdi yaşayış evinə də gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Məhkəmə iddianın Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı, yaşamaq üçün mübahisəli evə 2009-cu ilin oktyabr ayının 1-dən sonra köçdüyündən hazırki mübahisə həmin dövrdə yaranmış hüquq münasibətlərini tənzimləyən maddi hüquq normasının – Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailəüzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailəüzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailəüzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd olunan normanın tələbindən göründüyü kimi İddiaçı Cavabdeh1 ailə üzvü olduğu üçün mübahisəli mənzildən istifadə hüququ yaransa da, ailə münasibətlərinə xitam verildiyi üçün iddiaçının mübahisəli mənzildə istifadə hüququ itirilmişdir. İddianın cavabdeh X5 aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra yarandığını, yəni iddiaçı D.Hacıyev və Cavabdeh1 arasındakı nikahın 2018-ci ildə bağlanıldığını və İddiaçı həmin ildə mübahisəli mənzilə köçdüyünü və bir müddət orada yaşadığını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququnun yaranıbyaranmadığı məsələsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailəüzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görəəgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailəüzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailəüzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri həmin yaşayış sahəsindən təyinatıüzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il Qərarında göstərilmişdir ki: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. (Ailə Məcəlləsinin 15ci fəsli isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri ilə bağlı məsələləri tənzimləyir.) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailəüzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qeyd olunan normaların tələblərindən göründüyü kimi İddiaçı mübahisəli mənzildən istifadə hüququnun yaranmasıüçün o, cavabdeh Kubra Quluyevanın ailəüzvü və ya digər qohumu olmalıdır ki, hazırkı halda da iddiaçı cavabdeh K.Quluyevanın ailəüzvü hesab olunmur, habelə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərildiyi kimi “digər qohumları” ifadəsinin təsiri altına düşməyən şəxsdir. Bununla da, aydın olur ki, İddiaçı cavabdeh K.Quluyevanın ailə üzvü və ya digər qohumu olmadığından yuxarıda qeyd edilən normalara əsasən həmin mənzilə hər hansı hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 məxsus olan, Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla, azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-627/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-627/2020
18.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver