Məhkəmə qərarları › İş №2(039)-633/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-633/2021

12.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-633/2021 12.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qayıd oğluna, Cavabdeh3 və «Azərbaycan Hava Yolları QSC-nin X12 Səhimdar Cəmiyyətinə qarşı «mənzilə istifadə hüququnun tanınması və köçürmə» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qayıd oğluna, Cavabdeh3 və «Azərbaycan Hava Yolları QSC-nin X12 Səhimdar Cəmiyyətinə qarşı «mənzilə istifadə hüququnun tanınması və köçürmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki azyaşı uşaqlarının, yəni xx xxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxx 2014-cü il təvəllüdlü X2 Yevlax şəhəri, Aeraport qəsəbəsində yerləşən X12 Səhimda Cəmiyyətinin balansında elan 1 mərtəbəli , 3 otaqdan ibarət yaşayış sahəsinə evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, onun azyaşlı övladları ilə birlikə Yevlax rayon Aeraport qəsəbəsində yerləşən X12 Səhimdar Cəmiyyətinin balansında olan 1 mərtəbəli, 3 otaqdan ibarət yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, o, Cavabdeh1 ilə 2007-ci ildə faktiki ailə qurub evlənməklə nikahlarını xx xxxxxx 2012-ci ildə X8 rəsmiləşdirmişlər. Rəsmi nikahdan iki övladları, yəni xx xxx 2012-ci il təvəllüdlü X6 və xx xxxxxx 2014-cü il təvəllüdlü X7 adlarında övladları dünyaya gəlmişdir. Cavabdeh1 ilə ailə quraraq Yevlax rayonu Aeraport qəsəbəsində yəni mübahisələndirdiyi evə gəlin gəlmişdir. Həmin evə gəlin olaraq gələrək qaynatasi X3 onun həmin mənzilə köçürülməyinə razılıq verərək orada yaşamağını təmin etmişdir. O bu mənzildə iki övladını, yəni xx xxx 2012-ci il təvəllüdlü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X5 dünyaya gətirmişdir. Onlar və uşaqları bu mənzildə ümumi ailədə yaşamışlar. Cavabdehlər həmin mübahisələndirdiyi evdə onları yaşamağa qoymurlar. Nikahları Yevlax rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Onun və uşaqlarının yaşamağa yeri yoxdur. Həmçinin ona məxsus cehiz əşyaları mübahisələndirdiyi evdədir və həmin evdə pasport qeydiyyatındadır. Cavabdehlər onları öz yaşadıqları, köçdüyü evdən çıxarıblar. Evin kimə məxsusluğu belə bəlli deyil. O, 2007ci il tarixdən, yəni ailə qurduğu vaxtdan bu evdə yaşayır. Cavabdehlər məcburi qaydada onları küçələrə atıblar. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, İddiaçı övladları ilə birlikdə onların Yevlax rayonu, Aeroport qəsəbəsində yerləşən evə köçürülməsinə razıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qayıd oğluna və «Azərbaycan Hava Yolları QSC-nin X12 Səhimdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qayıd oğlunun və «Azərbaycan Hava Yolları QSCnin X12 Səhimdar Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1990-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2012-ci il tarixli AZ-ll 837691 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx xxxx 2012-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2014-cü il tarixli AZ-lll 248108 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 xx xxxxxx 2014-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli, 2404 saylı arayışından məlum olur ki, xx xxxxxxxx 1990-cı il təvəllüdlü İddiaçı həqiqətən Yevlax şəhəri, Aeroport qəsəbəsində qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan Cavabdeh1 ilə 2007-ci ildə ailə qurmuş, 2019-cu ilədək brilikdə göstərilən ünvanda yaşamış və həmin müddətdə iki övladları doğulmuşdur. 2019-cu ildə onlar boşanmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsinin vəkil sorğusuna xx xxxxx 2020-ci il tarixli **********39 saylı cavadından məlum olur ki, Cavabdeh2 Qayıd oğlunun və Cavabdeh3 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(039)-1477/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah pozulmuş, uşaqlar anasının yanında saxlanılmış və uşaqların saxlanılması üçün Cavabdeh1dan aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 1990-cı il tarixli 2 saylı protokolun çıxarışından məlum olur ki, boşaldılmış 3 otaqlı 41.8 kv.m sahəli mənzil İbrahimov F.Q. ailəsinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ərizənin surətindən məlum olur ki, Cavabdeh2 Qayıd oğlu «Azərbaycan Hava Yolları QSC-nin X12 Səhimdar Cəmiyyətinə ərizə ilə müraciət edərək, gələcəkdə mənzil sahəsinin genişləndirilməsi məqsədi ilə uçota durmaq şərti ilə onunla birgə yaşayan və Yevlax şəhəri Aeroport qəsəbəsində qeydiyyatda olan oğlu Cavabdeh1 həyat yoldaşı (gəlini) Mingəçevir şəhəri, K.Hüseynov küçəsi ev 4, mənzil 2-də qeydiyyatda olan İddiaçı onun yaşadığı mənzilə qeydiyyata düşməsinə icazə verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, Cavabdeh1 ilə İddiaçı rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Ailə qurduqdan sonra Yevlax şəhəri, Aeroport qəsəbəsində yerləşən «Azərbaycan Hava Yolları QSC-nin X12 Səhimdar Cəmiyyətinin balansında olan evdə yaşamağa başlamışlar və cavabdehlərlə birlikdə təsərrüfatı birgə idarə etmişlər. Ailə münasibətləri baş tutmadığından nikahları məhkəmə qətnaməsi ilə pozulmuş və nikah pozulduqdan sonra cavabdehlər iddiaçını azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış evinə buraxmırlar. Hazırda Cavabdeh3 iddianı qəbul edir və iddiaçının övladları ilə birlikdə həmin evə köçürülmələrinə razıdılar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvüləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üvüləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvüləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 32-33-cü və “İnsasn hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından olmuş xx xxx 2012-ci il təvəllüdlü X6 və xx xxxxx 2014-cü il təvəllüdlü X7 adlı uşaqlarla birlikdə onun Yevlax şəhəri, Aeroport qəsəbəsində yerləşən «Azərbaycan Hava Yolları QSC-nin X12 Səhimdar Cəmiyyətinin balansında olan yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından olmuş xx xxx 2012-ci il təvəllüdlü X6 və xx xxxxx 2014-cü il təvəllüdlü X7 adlı uşaqlarla birlikdə onun Yevlax şəhəri, Aeroport qəsəbəsində yerləşən «Azərbaycan Hava Yolları QSC-nin X12 Səhimdar Cəmiyyətinin balansında olan yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar