Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-636/2020 09.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçi X9 iştirakı ilə, ərizəçi X9 “atalığın etiraf olunması faktının müəyyən” edilməsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X16, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ona verilən AZ-T 120872 №li doğum haqqında şəhadətnaməsində “ata” qrafasına X1 adı, soyadı, ata adının yazılması və atalığın tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Yevlax rayonu Nurallar kəndində anadan olmuşdur. X1 anası X12 ilə rəsmi nikahları olmadığı üçün xx xxxxxx 1965-ci il tarixdə ona verilmiş doğum haqqında şəhadətnamədə X1 adı doğum haqqında şəhadətnamənin “ata” qrafasında qeyd edilməmişdir. Ancaq doğum haqqında şəhadətnamənin onun adı, soyadı yazılan hissəsində X5 qeydiyyat aparılmışdır. X4 xx xxxxxxxx 2009-cu ildə, anası X12 isə 1960-cı ildə vəfat ediblər. Valideyinlərinin nikahı olmadığı üçün doğum haqqında şəhadətnamədə “ata” qrafasında ata adı qeyd edilmədiyindən lazım olan sənədləşmə işini apara bilmir. Ərizəçi X16 məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, atası Qaçayla anası Zeynab faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar, bu nikahdan o və qardaşı Famil anadan olmuşdur. O, dörd yaşında, qardaşı isə iki yaşında olanda anaları Zeynab vəfat etmiş və atası Qaçay bibisi qızı X15 ilə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Onu və qardaşını Bəsti Quliyeva böyütmüş və uzun müddət onlar Bəstini öz doğma anaları kimi bilmişlər. Böyüdükdən sonra bibiləri onların anasının Zeynab olduğunu və hələ uşaq yaşlarında analarının vəfat etdiklərini onlara bildirmişlər. Analarının ölümü ilə bağlı qeydiyyat orqanından sənəd almaq istəsələr də, X6 ölümünü təsdiq edən sənəd aşkar edilməmişdir. X2 isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Faktiki nikahlarından atası ilə Bəstinin övladı olmamışdır. Atası Qaçay uzun müddət kolxozda traktorist işləmiş və Yevlax rayonu Nurallar kəndində yaşamışdır. Nurallar kəndində atasına məxsus 30 sot həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş bir otaqdan ibarət yaşayış evi mövcuddur. Həmin torpaq sahəsini və yaşayış evini miras əmlak olaraq qəbul etmək istəsə də doğum haqqında şəhadətnamədə ata qrafasının boş olması onu bu hüquqdan məhrum edir. Ona görə də ərizəsinin təmin olunmasını və X10 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T seriyalı 120872 №li doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1956-ci il təvəllüdlü X9 anası X11r. Ata qrafası boş saxlanılmışdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1956-cı ildə Yevlax rayonu Qaramanlı kəndində anadan olub. İş materiallarında olan Yevlax rayon Qaramanlı kənd ərazi nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 368426 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx xxxxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 032599 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T seriyalı 120873 №li doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi anası X11r. Ata qrafası boş saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 121 №li arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu Qaramanlı kənd Sovetliyinin (Nuralılar kənd üzrə) 1975-1976-ci illərə dair 07 saylı təsərrüfatbaşına kitabının 7-ci səhifəsinin 368 saylı qeydində X9 X4 təsərrüfat başçısı yazılmışdır. Sənəddə həmin təsərrüfatın istifadəsində olan həyətyanı torpağın miqdar 0,30 ha yazılmışdır. Həmin təsərrüfatda çiy kərpicdən 1967-ci ildə tikilmiş üstü şiferli 1 otaqdan ibarət yaşayış evinin olunması qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X22, X7 və X20 ifadələrində göstərmişlər ki, Yevlax rayonu, Nurallar kəndində yaşayırlar. X3 rayonu Nurallar kəndində anadan olub, bir müddət həmin kənddə yaşayıb. Kamil Quliyevin X4dur və Qaçay Quliyev 2009-cu ildə vəfat etmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, X17 ilə X14 faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar, onların faktiki nikahlarından iki övladı, o cümlədən xx xxxxxx 1956-cı il tarixdə X16 anadan olmuşdur. xx xxxxxx 1956-cı il tarixdə Yevlax rayonu Nurallar kəndində doğulması faktı qeydiyyat orqanında qeyd edilmiş, ərizəçinin doğum haqqında şəhadətnaməsi əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir. Valideynlərinin arasında rəsmi nikah münasibətləri olmadığından ərizəçinin doğum haqqında akt qeydində ata qrafası boş saxlanılmışdır. X17 xx xxxxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən məhkəmə tərəfindən atalığı etiraf etmə(atalığın tanınması) faktı müəyyən edilə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş ərizəçinin izahatına, şahid ifadələrinə və iş materiallarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli,xx xxxxxxxx 2009-cu il tarixdə vəfatetmiş X10 xx xxxxxx 1956-ci il tarixdə doğulmuşX9 atası olması faktı müəyyən edilməli, X8oğum haqqında akt qeydinə müvafiq dəyişiklik edilərək, atası-X17 göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxxx 2009-cu il tarixdə vəfat etmiş X10 xx xxxxxx 1956-ci il tarixdə Yevlax rayonu, Nurallar kəndində doğulmuş X9 atası olması faktı müəyyən edilsin. Qətnamə müvafiq akt qeydinə düzəliş edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-636/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-636/2020
09.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver