Məhkəmə qərarları › İş №2(039)-65/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-65/2025

14.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-65/2025 14.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı1 və iddiaçıların nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin müdafiəsi-yaşayış sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onların xüsusi mülkiyyətinə daxil olan ünvan 1 ünvanından – yaşayış sahəsindən (həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən) cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar doğma bacılardır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi İddiaçı2, 1/3 hissəsi isə İddiaçı1 xüsusi mülkiyyətindədir. Qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən təsbit edilmişdir. Onların hər ikisinin ümumi paylı mülkiyyətinə daxil olan ünvan 2 ünvanında cavabdehlər qanunsuz və əsassız olaraq yaşayırlar. Belə ki, Cavabdeh1 iddiaçıların doğma qardaşıdır və onun həmin ünvanda yaşamaq, istifadə hüququ yoxdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2833/2023 saylı qərarına əsasən Cavabdeh1 və qeyrilərinin (hazırkı mülki iş üzrə tərəf olmayan şəxslər) ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Yevlax Rayon Polis Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd edilən qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. Digər cavabdeh X4, Cavabdeh1 həyat yoldaşıdır. Cavabdeh X2 da eynilə Cavabdeh1 kimi ünvan 2 ünvanında yaşamaq, istifadə hüququ yoxdur. Habelə, həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda belə deyildir. Hər iki cavabdeh onların ümumi paylı mülkiyyətinə daxil olan yaşayış sahəsində ünvan 2 ünvanında qanunsuz və əsassız olaraq yaşayırlar. Habelə, yaşayış sahəsini könüllü tərk etmələri barədə tələblərini də rədd edirlər. Hətta onlara məxsus mülkiyyətləri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini məhf etmək istəyirlər. Cavabdehlərin onların xüsusi mülkiyyətinə daxil olan ünvan 1 ünvanında qanunsuz və əsassız yaşamaları mülkiyyətçi olaraq onların istifadə, sahiblik və sərəncam vermək hüquqları pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1990-cı ildə Cavabdeh2 ilə evlənmiş və 1992-ci ildə nikahlarını rəsmiləşdirmişlər. 1991-ci ildə işləmək üçün arvadı ilə birgə Rusiya Federasiyasının Omsk şəhərinə getmişlər. Orada bir ildən artıq müddətə yaşadıqdan sonra yenidən yəni, 1993-cü ildə atasının yaşadığı hazırki mübahisəli evə qaytmışlar. Sonra qaynatası yəni Cavabdeh2 atası ilə bostan əkmişlər, bir müddət keçdikdən sonra yəni, 1993-cü ildə tək Rusiya Federasiyasının Volqaqrad şəhərinə getmiş, daha sonra xəbər eləmiş aravadı Natəvan oğlu Zauru da götrüb yanına gəlmiş, digər uşağı Ceyran isə qaynanasının yanında qalmışdır. Bir ilə yaxın orada qaldıqdan sonra yəni, 1995-ci ilin qışında atasının evinə qaytmışlar. Yenidən eyni qayda ilə bostan əkmişlər, 1996-cı ilin yayının ortalarında artıq arvadı ilə münasibətləri pozulduğundan tək Volqaqrada qaytmış, bu zaman isə Natəvan öz atası evində qalmışdır. 2001-ci ilin dekabr ayının axırlarında atasının rəhmətə getməsi barədə xəbər gəldikdən sonra, Yevlax şəhərinə atasının evinə gəlmiş və bu zaman yasda Natəvanı gördükdə, onun bu evə niyə gəldiyini soruşmuş və Natəvan cavabında onu bacısı Ofelyanın yasa gətirdiyini söyləmişdir. Həmin vaxtadək o evdə ata və anası tək yaşamışlar. 2001-ci ilin dekabr ayının sonlarında atasının vəfatından sonra isə Nətəvan iki uşağı və anası ilə birlikdə orada yaşamışlar. O, da təkrar olaraq Volqrada qayınlarının yanına qayıtmış, oradan isə Moskvaya getmiş 2022-ci ilədək orada tək yaşamış, 20 il ərzində bir dəfə yalnız 2017-ci ildə anasının yas mərasimində Azərbaycana qayıtmış, həmin vaxt 2 ay hazırki mübahisəli evdə yaşamış, sonra yenidən Moskva şəhərinə qayıtmışdır. 2022-ci ildə atası evinə qayıtmış, həmin vaxt evdə Natəvan tək yaşamış, gələn gündən tez-tez Natəvanla dava-dalaşları olmuşdur. Son iki ildə Natəvan gündüz gedib gecə evə gəlirdi. Natəvanın evdə bir neçə əşyası vardır. 2024-cü ilin sentyabr ayından isə Natəvan atası evinə gedib və orada yaşayır. Evin açarını deyişib bir nüsxəsini Natəvana vermişdir, daha sonra mübahisələri olduğundan açarı bir daha dəyişmişdir. O, özü iddianı qəbul edir və evdən çıxır.Məhkəmədən qanuni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1991-ci ilin avqust ayında mübahisəli evə gəlin gəlimiş, həmin ilin oktyabr ayında Rusiyaya Omsk şəhərinə gedərək orada 8-9 ay yaşadıqdan sonra geri qayıtmış və həmin mübahisəli evdə yaşamışlar. Bu zaman artıq qızları Ceyran anadan olmuşdu. Bir neçə ay sonra Rusiyanın Volqaqrad şəhərinə getmişlər 1993-cü ildə bir il üç ay orada yaşadıqdan sonra yenə mübahisəli evə qayıtmış, bir neçə il qaldıqdan sonra yenidən Volqaqrad şəhərinə getmişlər. Üç dörd ay yaşadıqdan sonra yenidən mübahisəli evə qayıtmış və o, vaxtdan bəri həmin evdə yaşayır. Həmin mübahisəli evdə hazırda ona məxsus şfaner, stol, stul, sandıq, gəvə, qab-qacaq, paltar yuyan maşın və çarpayı vardır. Həmçinin son bir aydır qızının xəstə olması ilə əlaqədar həmin evdə qalmadığını bildirmiş və məhkəmədən iddianın təmin edilməsinin xahiş etmişdir. İddiaçıların təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçılar və cavabdehlər olan hər iki tərəf müvafiq olaraq onun bacıları, qardaşı və qardaşının həyat yoldaşıdır, Bu iki nəfər Şaban və Natəvan evləndikdən sonra sonuncu gəlin olaraq onların ata evinə yəni hazırda mübahisəli evə gəlin gəlmiş, sonradan qardaşı Rusiyanın fərqli şəhərlərində Omsk, Tomsk, Volqaqrad, Moskva şəhərlərində işlədiyindən gəlin də orada onun yanında olmuşdur. O, özü Natəvanın valideynləri ilə o qonşu olmuşdur. Qardaşı Şaban ilə yoldaşı Natəvan heç bir zaman yola getməmişlər. Natəvan 2001-ci ilin dekabr ayınadək dək o, evdə yaşamayıb çünki valideynləri ilə yola getməmişdir, 2001-ci ildə atası vəfat etdikdə yas mərasiminə gəlmiş və sonra bir müddət orada yaşayıb, hazırda Natəvan həmin evdə yaşamır. Atası Hidayət sağlığında o evin yarsını bir bacısı Reyhana digər hissəsini isə digər bacısı Rahiləyə vermişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, ünvan 5 ünvanı xüsusi mülkiyyətində 0.0548 ha yaşayış məntəqələrinin torpaqları xx.xx.2017-ci tarixdə tam mülkiyyət hüququ əsasında 2/3 hissəsi İddiaçı2 və 1/3 hissəsi İddiaçı1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2833/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, üçüncü şəxslər X9, X13, X14, Cavabdeh1 və X16 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Yevlax Rayon Polis Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin sorğusuna Yevlax Rayon Qeydiyyat Şöbəsinin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki; Cavabdeh1 ilə X5 arasında bağlanmış nikah 1992-ci ilin iyun ayının 24-ci günündə akt qeydləri kitabında 246 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada isə İbrahimova soyadı verilmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsə aid xx.xx.2024-cü il ildək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktlarında xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1, əri (arvadı) xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh2, qızı xx.xx.1992-ci il təvəllüdlü X10 və oğlu xx.xx.1993-cü il təvəllüdlü X17r. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2833/2023 nömrəli qərarına əsasən üçüncü şəxslər X9, X20, X14, Cavabdeh1 və X29 İddiaçı1 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən xx.xx.2024-cü il tarixdə pasport qeydiyyatından çıxarılmışlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-3915/2024 saylı məktubdan görünür ki, Cavabdeh2 adına ünvan 7 ünvanında yerləşən həyətyanı 0.025 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi xx.xx.2023-cü il tarixli, 4Ə-429 saylı alıq-satıq müqaviləsi əsasında Yevlax Bələdiyyəsindən alınmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2833/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi 2/3 hissədə X6, 1/3 hissədə isə İddiaçı2 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2014-cü il tarixli “Qanun ilə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X6 vərəsələri arvadı X11 və qızı İddiaçı2dır. RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış ev 2/3 hissədə İddiaçı2, 1/3 hissədə isə İddiaçı1 xüsusi mülkiyyətindədir. Yevlax RPŞ tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, X22, X13, X14, Cavabdeh1 və X29 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır. Beləliklə iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, Cavabdeh1 X7 arasında 24 iyun 1992-ci il tarixdə nikah bağlanmışdır. Ailə qurduqdan sonra birgə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində fasilələrlə bir müddət yaşayaraq Rusiya Federasiyasının müxtəlif şəhərlərinə köçmüşlər. 2001-ci ilin dekabr ayından X7 övladları ilə birgə mübahisəli evin o zamankı mülkiyyətçisi hazırki mülki iş üzrə iddiaçıların və onların mərhum analarının şihafi razılığı ilə həmin evdə yaşamışlar. 2024-cü ilin sentyabr ayından X7 həmin evdə yaşamır. X1 əmlakları olan bir neçə əşyası həmin evdə qalmışdır. Cavabdeh1 X7 arasında olan həmin nikahın pozulması ilə bağlı Cavabdeh1 iddiasına hazırda Yevlax Rayon Məhkəməsinin icraatında baxılır. xx.xx.2017-ci il tarixdən həmin evin mülkiyyətçisi iddiaçılardır. Habelə cavabdehlərdən Cavabdeh1 məhkəmə icraatı zamanı iddianı qəbul etdiyini bildirmiş və həmçinin Şəki İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(116)-2833/2023 saylı qərarına əsasən Cavabdeh1 və qeyrilərinin (hazırkı mülki iş üzrə tərəf olmayan şəxslər) ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Yevlax Rayon Polis Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd edilən qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin müdafiəsiyaşayış sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, cavabdehlərin hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mülki hüquq normalarına əsasən mülkiyyətçilər ilə cavabdehlərdən Natavan Mehtiyeva arasında notarial qaydada təsdiq edilmiş müqavilə olmadığından, həmçinin belə bir hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, digər cavabdeh isə uzun illər 20 ildən artıq həmin evdə yaşamadığından və iddia tələbini qəbul etdiyindən mübahisələndirilən fərdi yaşayış evindən cavabdehlərin hər ikisinin istifadə hüququ yoxdur. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

20. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 10-cu hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 sentyabr 2001-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. ünvan 6 ünvanında yerləşən İddiaçı1 və İddiaçı2 məxsus fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar