Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-650/2024 18.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1953-cü ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmağı, atasının X3 anasını X2 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, xx.xx.1953-cü ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuşdur. X1, anası isə X2 olmuş və onlar vəfat etmişlər. Adına doğum akt qeydi tərtib olunmamış, ona doğum haqqında şəhadətnamə yazılmamışdır. xx.xx.1974-cü ildə nikah bağlayıb ailə quran vaxt pasport almış və həmin pasporta əsasən AZE 0******* №-li şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Hazırda müəyyən mülki hüquqularının həyata keçirilməsi ilə bağlı doğum haqqında şəhadətnamə tələb olunur. Ona doğum haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməyini bildirmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X7 ifadələrində ərizəçinin onların bibisi qızı olduğunu, Ərizəçi 03 dekabr 1953-cü ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində doğulduğunu və atasının X3 anasının isə X2 olduğunu bildirmişdirlər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/0-78 saylı məktubdan görünür ki, doğum haqqında akt qeydinin aşkar edilməsi məqsədilə tərəfindən yoxlamalar aparılmış, lakin barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi məxsus xx.xx.2008-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Şirinova”, adı “Tavat”, atasının adı “Həsən”, doğulduğu yer “Yevlax rayonu Qoyunbinəsi kəndində”, doğulduğu tarix isə “xx.xx.1953”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Qoyunbinəsi kəndində” göstərilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.1974-cü il tarixdə verilmiş İ-ЖГ 262476 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X6 arasında bağlanmış nikah 1974-cü ilin iyul ayının 25-ci günündə akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şirinov, arvada isə Şirinova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1328 №li arayışından görünür ki, 1953-cü il tarixdə anadan olmuş Şirinova (İbrahimova) Tavat Həsən qızının doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində 1950- 1956-ci illər üzrə ikin və bərpa akt qeyidləri üzrə habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Yevlax rayonu Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9-10/2-15/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ərizəçi X10 həqiqətən də Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayır. Yevlax rayonu Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 085899 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X2 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir; Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin xx.xx.1953-cü ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində doğulması faktı qeydiyyat orqanında qeyd edilmiş, ona müvafiq şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin, ərizəçinin doğum haqqında şəhadətnaməsi xx.xx.1953-cü ildə Maraqlı şəxsndə akt qeydi aşkar olan zaman orada qalmış və “vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində ərizəçinin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi yeni “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq edilən sübutların məcmusu təsdiq edilir ki, ərizəçinin X1, anası isə X2 olmaqla o, 03 dekabr 1953-cü il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində doğulmuşdur. Bu səbəbdən Ərizəçi, 03 dekabr 1953-cü il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olması faktı müəyyən edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X5, atasının X3 və anasının X2 olmaqla 03 dekabr 1953-cü il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Bu qətnamə yenidən doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-650/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-650/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver