Məhkəmə qərarları › İş №2(039)-656/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-656/2023

04.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-656/2023 04.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh, tərçüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyalarının çıxarılması” tələbinə dair iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus olan cehiz əşyalarının ibarət olan əmlakın mülkiyyətində olan Yevlax rayonu, Səmədabad kəndində yerləşən evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra iddia tələbini dəqiqləşdirərək cavabdehə məxsus olan cehiz əşyalar 1 ədəd yataq dəsti, 1 ədəd şifoner, 1 ədəd kravat, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd lüstur, 1 ədəd pərdə, 2 ədəd (1 ədədi sınıb) gecə lampası, 1 ədəd yumşaq mebel, 1 ədəd divan, 7 ədəd yastıq (balınc), 1 ədəd qonaq dəsti, 2 ədəd qorka, 1 ədəd televizor altı, 1 ədəd kamot, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd yazı stolu, 2 ədəd divar saat, 1 ədəd pərdə, 3 ədəd gül qabı, 1 ədəd soyuducu, 1 ədəd tozsoran, 1 ədəd elektrik samovarı, 1 ədəd ütü, 1 ədəd mikrodalğalı soba, 1 ədəd qazan dəsti (işlənməmiş), 2 ədəd tefal markalı qırmızı qazan dəsti, 4 ədəd tefal markalı qullu qazan, 3 ədəd tuj qazan, 1 dədə aliminium qazan, 2 ədəd çaydan, 1 ədəd tək çaydan, 7 ədəd ədviyyat dəsti, 1 ədəd ləpə qabı (beş güzlü), 7 ədəd meyvə qabı, (1 ədədi sınıb), 1 ədəd gül qabı, 6 ədəd qənd qabı, 30 ədəd (bakal) qədəh (rumka), 4 dəst kampot dəsti (kampotnitsa), 2 ədəd balaca rumka (muncuqlu), 1 dəst 6 boşqab nahar (obedin) dəsti, 1 dəst çaşqa dəsti, 2 dəst sadə boşqab dəsti, 30 ədəd çay stəkanı, 2 ədəd kofe dəst (sadə), 6 ədəd sadə çaşka, 1 ədəd dəm çanniki, 1 dəst sadə kampot qabı, 1 ədəd çaydan, 1 ədəd tefal, 1 ədəd belender, 1 ədəd nəlbəki, 1 ədəd bıçaq dəsti, 1 ədəd qaşıq dəsti, 1 ədəd çömçə dəsti, 5 ədəd (1 dəst) mürəbbə qabı, 6 ədəd su stəkanı, 3 ədəd yemək qabı, 2 ədəd tort qabı, 18 ədəd şirə stəkanı, 6 ədəd duz qabı, 1 ədəd pakrıval ( qış üçün), 2 ədəd süfrə, 1 ədəd yay yorğanı, 1 ədəd qış yorğanı, 3 dəst çay dəsmalı, 2 ədəd hamam dəsmalı, 7 ədəd (2 dəst) əl-üz dəsmalı, 6 dəst yataq (pasteli) dəsti, 5 ədəd paduşka (balınc) üzü, 4 ədəd yumşaq oyuncaq kukula, 1 ədəd noutbuk, 1 ədəd mətbəx stolu, 4 ədəd stul, 1 ədəd gəvə və 1 ədəd daroşka (2 metrlik) cavabdehə məxsus 77 adda cehiz əşyalarının onun mülkiyyətində olan Yevlax rayonu, Səmədabad kəndində yerləşən evindən çıxarılmasına dair qətnamə şıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X2 ilə Cavabdeh ilə xx.xx.2022-ci ildə faktiki ilə quraraq Yevlax rayonu, Səmədabad kəndində yerləşən, onun mülkiyyətində olan evə gəlin gəlmiş və onun mülkiyyətində olan evdə müvəqqəti olaraq yaşamış və cehiz əşyalarını da həmin evə yerləşdirilmişdir. Cavabdeh iki aydır ki, oğlundan ayrılıb evi tərk edərək anası gildə yaşayır. Oğlunun cavabdehlə barışmaq fikiri yoxdur. Onların ailə münasibətləri pozulmuş, artıq bir yerdə yaşamırlar. Cavabdehə məxsus cehiz əşyaları halhazırda onun evindədir. Cavabdehin cer-cehiz əşyalarından ibarət olan olan əmlakının onun mənzilindən çıxarılmasını istəyir. Dəfələrlə cavabdehə məxsus olan əmlakın onun evindən götürüb aparılmasını tələb etsə də tələbinə əməl edilməmişdir. Hazırda da həmin əşyalar onun evindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh tərcüməçisinin (anasının) iştirakı ilə verdiyi izahatında bildirmişdir ki, hazırda iddiaçıya məxsus evdə yaşamasa da, 2022-ci ildə nikaha daxil olaraq iddiaçının oğlu Elmin ilə ailə qurduğunu, iddiaçıya məxsus evə gəlin köçdüyünü, hazırda ailə münasibətlərini davam etdirəcəyini, cehiz əşyalarını qoymağa başqa yeri olmadığını əsas gətirərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən tərəfindən verilmiş RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, Yevlax rayonu, Səmədabad kəndində xüsusi mülkiyyətində 0.12 ha yaşayış məntəqələrinin torpaqları xx.xx.2013-cü tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax rayonu Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətəndə Yevlax rayonu Səmədabad kəndində yaşayır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh onun bacısıdır, xx.xx.2022-ci il tarixdə Elmin Rzayev ilə ailə qurub və həmin vaxtdan onun cehiz əşyaları İddiaçı məxsus olan Yevlax rayonu Səmədabad kəndində yerləşən fərdi yaşayış evinə yığılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax rayonu Səmədabad kəndində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh ilə iddiaçının oğlu Elmin Rzayev 2022-ci ildə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş, həmin ildə cavabdeh cehiz əşyaları ilə birlikdə mülkiyyətçinin razılığı ilə mübahisəli evə köçmüş və bir müddət həmin evdə yaşamışdır. Qeyd olunanları müəyyən edən məhkəmə hesab edir ki, iddiaçı, onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneçilik törədən cavabdehə məxsus əşyaların mübahisəli evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, müzakirə edilən mübahisənin həlli ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllə: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülki Prosessual Məcəllə: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyalarından ibarət olan 1 ədəd yataq dəsti, 1 ədəd şifoner, 1 ədəd kravat, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd lüstur, 1 ədəd pərdə, 2 ədəd (1 ədədi sınıb) gecə lampası, 1 ədəd yumşaq mebel, 1 ədəd divan, 7 ədəd yastıq (balınc), 1 ədəd qonaq dəsti, 2 ədəd qorka, 1 ədəd televizor altı, 1 ədəd kamot, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd yazı stolu, 2 ədəd divar saat, 1 ədəd pərdə, 3 ədəd gül qabı, 1 ədəd soyuducu, 1ədəd tozsoran, 1ədəd elektrik samovarı, 1 ədəd ütü, 1 ədəd mikrodalğalı soba, 1 ədəd qazan dəsti (işlənməmiş), 2 ədəd tefal markalı qırmızı qazan dəsti, 4 ədəd tefal markalı qullu qazan, 3 ədəd tuj qazan, 1 dədə aliminium qazan, 2 ədəd çaydan, 1 ədəd tək çaydan, 7 ədəd ədviyyat dəsti, 1 ədəd ləpə qabı (beş güzlü), 7 ədəd meyvə qabı, (1 ədədi sınıb), 1 ədəd gül qabı, 6 ədəd qənd qabı, 30 ədəd (bakal) qədəh (rumka), 4 dəst kampot dəsti (kampotnitsa), 2 ədəd balaca rumka (muncuqlu), 1 dəst 6 boşqab nahar (obedin) dəsti, 1 dəst çaşqa dəsti, 2 dəst sadə boşqab dəsti, 30 ədəd çay stəkanı, 2 ədəd kofe dəst (sadə), 6 ədəd sadə çaşka, 1 ədəd dəm çanniki, 1 dəst sadə kampot qabı, 1 ədəd çaydan, 1 ədəd tefal, 1 ədəd belender, 1 ədəd nəlbəki, 1 ədəd bıçaq dəsti, 1 ədəd qaşıq dəsti, 1 ədəd çömçə dəsti, 5 ədəd (1 dəst) mürəbbə qabı, 6 ədəd su stəkanı, 3 ədəd yemək qabı, 2 ədəd tort qabı, 18 ədəd şirə stəkanı, 6 ədəd duz qabı, 1 ədəd pakrıval ( qış üçün), 2 ədəd süfrə, 1 ədəd yay yorğanı, 1 ədəd qış yorğanı, 3 dəst çay dəsmalı, 2 ədəd hamam dəsmalı, 7 ədəd (2 dəst) əl-üz dəsmalı, 6 dəst yataq (pasteli) dəsti, 5 ədəd paduşka (balınc) üzü, 4 ədəd yumşaq oyuncaq kukula, 1 ədəd noutbuk, 1 ədəd mətbəx stolu, 4 ədəd stul, 1 ədəd gəvə və 1 ədəd daroşka (2 metrlik) Yevlax rayonu Səmədabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar