Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-656/2024 18.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2017-ci il tarixdə anadan olmuş X5, xx.xx.2019cu il tarixdə anadan olmuş X3 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X6 Yevlax şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, X12 ilə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə anadan olmuş X10, xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X13 ev şəraitində anadan olmuşdur. Buna görə də, hazırkı tarixdək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarının doğumunu təsdiq etmək üçün Maraqlı şəxsndə aparılması mümkün deyildir. Uşaqların anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. X1, X8 və X13 ev şəraitində anadan olmuşdur. Övladlarının ev şəraitində doğulmasını şahidlər də, təstiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 3481 №-li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə anadan olmuş X5, xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X6 doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7726 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Pəri Məmmədova, Zərniyar Məmmədova, Məlahət Mahmudova, Əsmər Hüseynova və Zinaida Mahmudovanın iştirakları ilə akt tərtib edilərək X10 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X4 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X10 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7725 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Pəri Məmmədova, Zərniyar Məmmədova, Məlahət Mahmudova, Əsmər Hüseynova və Zinaida Mahmudovanın iştirakları ilə akt tərtib edilərək X8 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X4 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X8 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7875 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Pəri Məmmədova, Zərniyar Məmmədova, Məlahət Mahmudova, Əsmər Hüseynova və Zinaida Mahmudovanın iştirakları ilə akt tərtib edilərək X13 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X4 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X13 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. 1 saylı Gəncə “ASAN xidmət” X14 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2021-ci il oktyabr ayının 10-cu günündə 3561 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X15; anası: Ərizəçidır. 1 saylı Gəncə “ASAN xidmət” X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2023-cü il may ayının 04-cu günündə 1105 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X12; anası: Ərizəçidır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X2 və X7 ifadələrində bildirmişdir ki, ərizəçinin qonşuları olduğunu bildirmişdirlər. Ərizəçinin yeddi uşağı olduğunun onlardan üç xx.xx.2017-ci il tarixdə bir qız, xx.xx.2019-cu il tarixdə bir qız və xx.xx.2022-ci il tarixdə bir qız uşaqları ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2017-ci il tarixdə bir qız uşağı, xx.xx.2019-cu il tarixdə bir qız uşağı və xx.xx.2022-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2017-ci il tarixdə bir qız uşağını, xx.xx.2019-cu il tarixdə bir qız uşağını və xx.xx.2022-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-656/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-656/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver