Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-657/2020 07.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, iddiaçılar İddiaçı2 və İddiaçı1 Məmmədcamal qızının və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əsədulla qızına qarşı vəsiyyətnamə üzrə verilmiş fərdi yaşayış evinin bir hissəsindən cavabdehlərin çıxarılması və əmlak üzərində hüquqlara edilən məhdudiyyətlərə son qoyulması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Məmmədcamal qızı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əsədulla qızına qarşı vəsiyyətnamə üzrə verilmiş fərdi yaşayış evinin bir hissəsindən cavabdehlərin çıxarılması və əmlak üzərində hüququlara edilən məhdudiyyətlərə son qoyulması tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçılar tərəfindən iddia ərizəsi imzalanmamış, həm də iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmiş və bununla da Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan normalarının tələbini pozmuşdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: İddiaçılar İddiaçı2 və İddiaçı1 Məmmədcamal qızının və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əsədulla qızına qarşı vəsiyyətnamə üzrə verilmiş fərdi yaşayış evinin bir hissəsindən cavabdehlərin çıxarılması və əmlak üzərində hüququlara edilən məhdudiyyətlərə son qoyulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-657/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-657/2020
07.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver