Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-657/2024 18.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2015-ci il tarixdə anadan olmuş X2, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3, xx.xx.2018-ci il tarixdə anadan olmuş X4, xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X8 Yevlax şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X25 ilə birgə nikahlarından xx.xx.2015-ci il tarixdə anadan olmuş X11, xx.xx.2017-ci il tarixdə anadan olmuş X12, xx.xx.2018-ci il tarixdə anadan olmuş X14, xx.xx.2020-ci il tarixdə anadan olmuş X15 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X18 ev şəraitində anadan olmuşdur. Buna görə də, hazırkı tarixdək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarının doğumunu təsdiq etmək üçün Maraqlı şəxsndə aparılması mümkün deyildir. Uşaqların anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. X1, X12, X14, X15 və X8 ev şəraitində anadan olmuşdur. Övladlarının ev şəraitində doğulmasını şahidlər də, təstiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 3391 №-li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə anadan olmuş X6, xx.xx.2017-ci il tarixdə anadan olmuş X7, xx.xx.2018-ci il tarixdə anadan olmuş X9, xx.xx.2020-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X13 doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7796 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zenfira Abdullayeva, İkram Abdullayev, Şayzar Abdullayeva, Liza Abdullayeva və Məlahət Mahmudovanın iştirakları ilə akt tərtib edilərək X11 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X17 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X11 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7792 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zenfira Abdullayeva, İkram Abdullayev, Şayzar Abdullayeva, Liza Abdullayeva və Məlahət Mahmudovanın iştirakları ilə akt tərtib edilərək X12 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X17 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X12 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7795 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zenfira Abdullayeva, İkram Abdullayev, Şayzar Abdullayeva, Liza Abdullayeva və Məlahət Mahmudovanın iştirakları ilə akt tərtib edilərək X14 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X17 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X14 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7793 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zenfira Abdullayeva, İkram Abdullayev, Şayzar Abdullayeva, Liza Abdullayeva və Məlahət Mahmudovanın iştirakları ilə akt tərtib edilərək X15 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X17 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X15 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7793 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zenfira Abdullayeva, İkram Abdullayev, Şayzar Abdullayeva, Liza Abdullayeva və Məlahət Mahmudovanın iştirakları ilə akt tərtib edilərək X18 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X17 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X18 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2021-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2022-ci il fevral ayının 17-ci günündə 157 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X19; anası: Ərizəçidır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X20 və X21 ifadələrində bildirmişdir ki, ərizəçinin qonşusu olduğunu bildirmişdirlər. Ərizəçinin altı uşağı olduğunun onlardan beşi xx.xx.2015-ci il tarixdə bir qız, xx.xx.2017-ci il tarixdə bir qız, xx.xx.2018-ci il tarixdə bir qız, xx.xx.2020-ci il tarixdə bir qız və xx.xx.2022-ci il tarixdə bir qız uşaqları ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2015-ci il tarixdə bir qız uşağı, xx.xx.2017-ci il tarixdə bir qız uşağı, xx.xx.2018-ci il tarixdə bir qız uşağı, xx.xx.2020-ci il tarixdə bir qız uşağı və xx.xx.2022-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2015-ci il tarixdə bir qız uşağını, xx.xx.2017-ci il tarixdə bir qız uşağını, xx.xx.2018-ci il tarixdə bir qız uşağını, xx.xx.2020-ci il tarixdə bir qız uşağını və xx.xx.2022-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-657/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-657/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver