Məhkəmə qərarları › İş №2(039)-665/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-665/2024

21.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-665/2024 21.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı cavabdehlərin qeyriyaşayış sahəsindən qeyd şərtsiz mağazada olan bütün mallar və avadanlıqların ona təhvil verilməklə çıxarılması tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin qeyri-yaşayış sahəsindən qeyd şərtsiz mağazada olan bütün mallar və avadanlıqların ona təhvil verilməklə çıxarılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin tam mülkiyyət hüququ ilə ona məxsus Yevlax şəhəri Nizami prospektində 0.0072 ha torpaq sahəsində yerləşən 181 nömrəli 1 giriş, 60.14 kv.m ümumi, 60.14 kv.m əsas sahəsində ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından-mağazadan qeyd şərtiz çıxarılması, o, cümlədən mağazada olan bütün avadanlıqların (əşyanın mühüm tərkib hisəsi olan vitrin, soyuducu marazilka və konditisonerin) və ərzaq mallarının (cavabdeh Əhmədova təhvil verdiyi) cavabdehlər tərəfindən təhfil verilməklə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamş saxlanılmalı və bu səbəbdən xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; İddia ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu olaraq iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 114.1.5, 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı cavabdehlərin qeyriyaşayış sahəsindən qeyd şərtsiz mağazada olan bütün mallar və avadanlıqların ona təhvil verilməklə çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar