Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-667/2020 11.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixdə bir oğlan uşağının və xx xxx 2018-ci il tarixdə bir qız uşağının anadan olması faktının, yəni doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək izah etdi ki, o, X1 ilə 2016-cı ildə qeyri rəsmi evlənərək ailə qurmuşlar. Onların birgə yaşayışlarından ev şəraitində xx xxxxxx 2017-ci il tarixdə Ayxan və xx xxx 2018-ci il tarixdə Səlfi adlı uşaqları olmuşdur. Müəyyən səbəblərdən uşaqların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Belə ki, uşaqlar ev şəraitində anadan olduqlarından onların adına tibbi doğum haqqında şəhadətnamə verilmədiyindən doğum qeydinin maraqlı orqan Maraqlı şəxsndə aparılması mümkün deyildir. Uşaqların anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. Ona görə də, uşaqlarının anadan olması faktının, yəni doğumunun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi ilə Əlipənah Əliyev ailə quraraq evlənmişlər. Birgə nikahlarından ev şəraitində xx xxxxxx 2017-ci il tarixdə Ayxan və xx xxx 2018-ci il tarixdə Səlfi adlı iki övladı vardır. Lakin uşaqlar ev şəraitində dünyaya gəldiyindən onlara heç bir sənəd alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi ilə Əlipənah Əliyev ailə quraraq evlənmişlər. Birgə nikahlarından ev şəraitində xx xxxxxx 2017-ci il tarixdə Ayxan və xx xxx 2018-ci il tarixdə Səlfi adlı iki övladları olmuşdur. Lakin uşaqlar ev şəraitində dünyaya gəldiyindən onlara heç bir sənəd alınmamışdır. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 422 saylı məktubdan məlum olur ki, Ərizəçi övladlarının doğumu haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 2002-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X7 Hakimiyyəti Başçısının Salahlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 26 saylı arayışıdan məlum olur ki, Salahlı kənd sakini Ərizəçi 2017-ci il fevral ayının 20-də ev şəraitində Ayxan adlı oğlu doğulmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X7 Hakimiyyəti Başçısının Salahlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 25 saylı arayışıdan məlum olur ki, Salahlı kənd sakini Ərizəçi 2018-ci ilin may ayının 28-də ev şəraitində Səlfi adlı qızı doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmədə aydın olur ki, X1 ilə Ərizəçi faktiki nikahlarından ev şəraitində xx xxxxxx 2017-ci il tarixdə Ayxan və xx xxx 2018-ci il tarixdə Səlfi adlı iki uşaqları anadan olmuşdur. Səhlənkarlığı ucbatından müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır. Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx xxxxxx 2017-ci il tarixdə Ayxan və xx xxx 2018-ci il tarixdə Səlfi adlı iki uşaqlarının anadan olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPMnin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 2017-ci il tarixdə bir oğlan və xx xxx 2018-ci il tarixdə bir qız uşağı Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-667/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-667/2020
11.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver