Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-67/2024 10.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması tələbi haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətinə verilmiş, Yevlax rayonu Kövər kəndində yerləşən 1.8997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin və digər şəxslərin çıxarılması, həmin torpaq sahəsindən istifadə etməsinə cavabdeh və digər şəxlər tərəfindən törədilən maneələrin aradan qaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Yevlax rayonu Kövər kəndində yerləşən 1.8997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüquqü üzrə ona məxsusdur. AN seriyalı 995250 №-li torpaq sahəsinin planı və ölçüsü sənədində də həmin 1.8997 ha torpaq sahəsinin koordinatları öz əksini tapmışdır. Lakin onun mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Yəni artıq 1 ildən çoxdur ki, o həmin torpaq sahəsindən istifadə edə bilmir. Hazırda cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, həmin kəntdə özünün mülkiyyətində 3,6626 ha torpaq sahəsinin olduğunu, iddiaçının torpağını zəbt etmədiyini, sözügedən torpaq sahələrinin qonşuluqda belə olmadığını, iddiaçının mülkiyyət sənədinin mübahisəli olduğunu bildirərək məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 cavabdeh ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********17 №-li xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Kövər kəndində yerləşən 1,8997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tam mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********06 №-li xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Kövər kəndində yerləşən 3.6626 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına tam mülkiyyət kimi mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu Kövər kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətinə verilmiş 1.8997 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçının naturada göstərdiyi torpaq sahəsi X1 tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Yer quruluşu planında İddiaçı mülkiyyətinə verilmiş 1.8997 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.64 ha hissəsinin cavabdeh X1 tərəfindən istifadə edildiyi göstərilir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2323 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-271/2024 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir. Yevlax rayonu, Kövər kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində verilmiş 1.8997 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçının naturada göstərdiyi torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. İddaçıya məxsus olan və cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin 1.64 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdehin, iddiaçın mülkiyyətində olan torpaq sahəsinin 1.64 ha hissəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçın tələbi həmin hissədə haqlıdır və cavabdehin iddiaçın mülkiyyətində olan Yevlax rayonu Kövər kəndində yerləşən 1.8997 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmin - 1.64 ha hissəsindən çıxarılmalıdır. İddianın maneələrin aradan qaldırılması bağlı hissəsi ilə əlaqədar isə məhkəmə hesab edir ki, iddiaçı cavabdeh və digər şəxslər törədilən maneələrin aradan qaldırılması bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat və dövlət rüsumunun əvəzi olaraq 101 manat onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Kövər kəndində yerləşən 1.8997 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.64 hektar hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat və dövlət rüsumunun əvəzi olaraq ödədiyi 101 (yüz bir) manat məbləğində məhkəmə xərcləri iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-67/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-67/2024
10.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver