Məhkəmə qərarları › İş №2(039)-676/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-676/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-676/2025 08.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X5 atası X6, anası X7 olmaqla 20 may 1946-cı ildə Yevlax rayonunun Balçılı kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclsında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, əri X11 1946-cı ildə Yevlax rayonunun Balçılı kəndində doğulmuşdur. Mərhum ərinin valideynləri X7 və X6 olmuşdur. X19 2015-ci ildə ölmüşdür. Mərhum ərinin doğumu ilə bağlı müvafiq icra hakimiyyəti orqanında qeydiyyat aparılmamış və bu səbəbdən ona doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadatnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin mərhum ərinin doğumunu təsdiq edən lazımi sənədlər olmadığından həmin şöbə tərəfindən şəhadətnamənin verilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Faktın təsdiq edilməsi mərhum ərindən miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün lazımdır. Buna görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin əriizə ilə məhkəməyə müraciət edərək işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçini uzun müddətdir ki, tanıyır. Ərizəçinin əri X11 20 may 1946-cı ildə Yevlax rayonunun Balçılı kəndində doğulmuşdur. Ərizəçinin mərhum ərinin valideynlərini yaxından tanımamışdır. Ərizəçinin mərhum X19 2015-ci ildə ölmüşdür. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun atasının bacısı, yəni bibisidir. Bibisi Ərizəçi Əhməd Məmmədovla evli olmuşdur. Əhməd Məmmədov 1946-cı ildə Yevlax rayonunda doğulmuş, anası Leyli Məmmədova olmuş, lakin Əhməd Məmmədovun atasını görməmişdir. Ərizəçinin mərhum X19 2015-ci ildə ölmüşdür. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X8 xx.xx.1997-ci ildə nikahlarını bağlamışlar və arvada Məmmədova soyadı verilmişdir. Həmin şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1946-cı ildə Yevlax rayonunun Balçılı kəndində doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28 oktyabr 2015-ci ildə ölmüşdür. İşdə olan Yevlax rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 iyul 2006-cı ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası DövlətArxivinin Yevlax filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 doğumu haqqında heç bir məlumt aşkar olunmamışdır. İşdə olan Yevlax rayon Tanrıqulular kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 mərhum ataası X6 1977-ci ildə ölmüş və Yevlax rayon Tanrıqulular kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1946-cı il tarixdə Yevlax rayonunun Balçılı kəndində doğulmuş X5 doğumu haqqında akt qeydi şöbənin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının X1 Sistemində aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin əri X11 20 may 1946-cı ildə Yevlax rayonunun Balçılı kəndində doğulmuş, lakin onun doğumu barədə akt qeydi aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi həmin doğum haqqında şəhadətnamə almaq üçün Cəlilabad rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin doğum haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 oktyabr 2015-ci ildə ölmüş X5 atası X6, anası X7 olmaqla 20 may 1946-cı ildə Yevlax rayonunun Balçılı kəndində doğulması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar