Məhkəmə qərarları › İş №2(039)-698/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-698/2022

22.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-698/2022 22.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları X1 05.07.2018-ci il tarixdə, X3 08.09.2019-cu il tarixdə, X4 isə 07.11.2020-ci il tarixdə Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, X7 ilə nikahlarından doğulmuş 05.07.2018-ci il təvəllüdlü X6, 08.09.2019-cu il təvəllüdlü X8, 07.11.2020-ci il təvəllüdlü X9 ev şəraitində anadan olmuşdur. Buna görə də, hazırkı tarixədək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarının doğum haqqında şəhadətnaməsinin olmaması onların gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcək. Övladları 05.07.2018-ci il təvəllüdlü X2, 08.09.2019-cu il təvəllüdlü X3 və 2020-ci il təvəllüdlü X4 doğum faktının tanınması zərurəti yaranmışdır və onlara müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Lakin o, Maraqlı şəxsnə bu barədə müraciət etsə də, ona övladlarının doğum haqqında şəhadətnamələrini verməmişlər və məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Övladlarının ev şəraitində doğulmasını şahidlər də təsdiq edə bilər. Tərəflərin izahatları: Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X5 bildirmişdir ki, Şahin Abdullayev və Ərizəçi onun qonşularıdır, uzun müddətdir onları tanıyır. Belə ki, onla ailə qurub evlənmiş və bu münasibətlərdən Ərizəçi ev şəraitində 05.07.2018-ci il tarixdə Məryəm, 08.09.2019-cu il tarixdə Sevda və 07.11.2020-ci il tarixdə Sevil adlı uşaqları doğulmuşdur. Uşaqlar hazırda sağlamdır və valideynləri ilə birlikdə yaşayırlar. “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli arayışlarda qeyd olunur ki, 05.07.2018-ci il təvəllüdlü X6, 08.09.2019-cu il təvəllüdlü X8, 07.11.2020-ci il təvəllüdlü X9 müayinədən keçmişlər, sağlamdılar. Yevlax Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir İstismar Sahəsinin təqdim etdiyi 013-li, 09 fevral 2022-ci il tarixli arayışında qeyd olunur ki, Ərizəçi həqiqətən ünvan 1 ünvanında ailə üzvləri: əri X7, qızları 05.07.2018-ci il təvəllüdlü X6, 08.09.2019-cu il təvəllüdlü X8, 07.11.2020-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, 05.07.2018-ci ildə anadan olmuş qız, 08.09.2019-cu ildə anadan, olmuş qız və 07.11.2020-ci ildə anadan olmuş qız övladınız doğum haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə daxil olmuş müraciətinizə baxılmışdır. Övladlarınıza doğum haqqında şəhadətnamə övladlarınızın doğumu haaqında tibbi şəhadətnamə təqdim edildikdən sonra doğum haqqında şəhadətnamələr verilə bilər. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə doğulmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin 05.07.2018-ci il tarixdə bir qız uşağının, 08.09.2019-cu il tarixdə bir qız uşağının və 07.11.2020-ci il tarixdə bir qız uşağının Yevlax şəhərində ev şəraitində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə uşaqlar üçün doğum, habelə atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, ərizədə uşaqların soyadı, adı və ata adları qeyd edilsə də, həmin faktın xüsusi icraat qaydasında müəyyən edilməsi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi Yevlax şəhərində 05 iyul 2018-cü il tarixdə bir qız uşağı, 08 sentyabr 2019-ci il tarixdə bir qız uşağı və 07 noyabr 2020-ci il tarixdə bir qız uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar