Məhkəmə qərarları › İş №2(039)-698/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-698/2024

28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-698/2024 28.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5.1-ci bəndində qeyd edilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Belə ki, Ərizəçi nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni və Ərizəçi nümayəndəsi X1 iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 259.0.9, 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar