Məhkəmə qərarları › İş №2(039)-7/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-7/2020

17.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-7/2020 17.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsinə qarşı torpaq sahəsinin naturada təhvil verilməsinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2-60 saylı qətnaməsi əsasında JN 407 saylı 90109018 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən mülkiyyət hüququn təsbit edilmiş 2,82 ha torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsini tərəfindən ölçülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Yevlax rayonu Yəldili kəndində o, 2.82 hektar pay torpaq sahəsinin mülkiyyətçisidir. Mülkiyyət hüququ Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2-60 saylı qətnaməsi əsasında JN 407 savlı 90109018 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən təsbit edilmişdir. Mülkiyyət hüququnun yarandığı dövrdən -yəni 2003-cü ildən 2005-ci ilədək mübahisələndirilən torpaq sahəsindən istifadə edərək mülkiyyət hüququ həyata keçirmişdir.2005-ci ildən halhazıradək isə mülkiyyət hüququ pozulmuş və o, iddianın predmetini təşkil edən mübahisələndirilən torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, 2005-ci ildə mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi yaxın digər sahələrlə, yəni digər şəxslərin mülkiyyətləri ilə bağlı məhkəmə mübahisəsi oldu və bəzi yerdəyişmələr həyata keçirildi. Həmin zaman ona bildirildi ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən onun mülkiyyəti altında olan torpaq sahəsi də təhfil veriləcəkdir. Lakin ötən illər ərzində onun çoxsaylı müraciətlərinə baxmayaraq Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2-60 saylı qətnaməsi əsasında JN 407 saylı 90109018 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən mülkiyyət hüququn təsbit edilmiş 2.82 ha torpaq sahəsinin ölçülərək ona təhvil verilməsi həyata keçirilmədi. Çoxsaylı müraciətlərinə qarşı süründürməçiliklə və laqeydliklə qarşılaşmışdır. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Mülki Prossesual Məcəllə: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflər iclasa gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsinə qarşı torpaq sahəsinin naturada təhvil verilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar