Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-707/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” təbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 31.05.1977-ci il tarixli, 53 nömrəli doğum haqqında akt qeydində adının Maarif deyil, Alim olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, xx xxx 1977-ci il tarixdə Yevlax rayon Aran qəsəbəsində anadan olmuşdur. Ona 31.05.1977-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməyə əsasən ad, soyad və ata adı Ərizəçidur. Lakin Maraqlı şəxsnə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün müraciət edərkən onun 31.05.1977-ci il tarixli, 53 nömrəli doğum haqqında akt qeydində Ərizəçi adı təqdim etdiyi sənədlərdə qeyd edilmiş kimi deyil, X1 qeyd olunduğu göstərilmişdir. Beləliklə də, ona məxsus doğum haqqında akt qeydində adı Alim deyil, Maarif kimi göstərilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, doğum haqqında şəhadətnaməsində qeyd edilmiş ad, soyad və ata adına uyğun olaraq şəxsiyyət vəsiqəsi, hərbi bilet və xarici pasport əldə etmişdir. Doğum haqqında şəhadətnaməsi cırıldığı üçün yenisini almaq istəmiş və bu zaman qeydiyyat şöbəsindən bildirmişlər ki, onun doğum haqqında akt qeydində adı Alim kimi deyil Maarif kimi qeyd edilmişdir. Bu səbəbdən ona yeni doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Halbuki, valideynləri onun adını Alim kimi qeyd etdirmiş və bu barədə ona doğum haqqında şəhadətnamə verilmişdir. Atası vəfat etmişdir, anası isə yataq xəstəsi olduğu üçün məhkəmə prosesində iştirak edə bilmir. Onun adı digər sənədlərdə də, o cümlədən nikah haqqında şəhadətnaməsində, uşaqlarının doğum haqqında şəhadətnamələrində də Alim kimi qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarında adı ilə bağlı qeyd olunan səhvin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Maraqlı şəxs ərizəçiyə ünvanladığı 201 №-li, 28.01.2021-ci il tarixli məktubdan görünür ki, Yevlax rayonu Aran qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 31.05.1977-ci il tarixli, 53 nömrəli doğum akt qeydi nəzərdən keçirilərkən Ərizəçi adı təqdim etdiyi sənədlərdə göstərildiyi kimi “Alim” deyil , “Maarif” kimi qeyd olunduğu müəyyən edilmişdir. Yevlax rayonu 28 aprel qəsəbə soveti tərəfindən verilmiş 04.07.1977-ci il tarixdə verilmiş V-ЖГ 322001 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Yevlax rayonu 28 aprel sovxozunda anadan olmuşdur; atası –X6, anası –X3r. Doğum 31 may 1977-ci il tarixdə akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilmişdir. 31 may 1977-ci il tarixli, 53 №li doğum haqqında akt qeydindən görünür ki, X4 xx xxx 1977-ci ildə Yevlax rayonu 28 aprel sovxozunda anadan olmuşdur. Atası –X6, anası – X3r. Ərizəçi məxsus AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Qasımov”, adı “Alim”, atasının adı “Şurik”, doğulduğu tarix isə “xx.xx.1977” göstərilmişdir. Maraqlı şəxs tərəfindən 05.02.2004-cü il tarixdə verilmiş AZ 087690 №li nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X8 arasında bağlanmış nikah 2004-cü ilin fevral ayının 05-ci günündə akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada isə Qasımova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən 05.02.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 427090 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Qasımov Amil Alim oğlu 15.12.2003-cü il tarixdə anadan olmuşdur; atası – Ərizəçi, anası – X7r. Maraqlı şəxs tərəfindən 02.11.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 857269 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Qasımova Səbinə Alim qızı 10.10.2006-cı il tarixdə anadan olmuşdur; atası – Ərizəçi, anası – X7r. НЗ ******* №-li hərbi biletdən görünür ki, Ərizəçi 15 noyabr 1995-ci il tarixdə hərbi xidmətə getmişdir. AZE seriyalı C02541922 nömrəli pasportdan görünür ki, Ərizəçi Azərbaycan Respublikası vətəndaşının pasportu verilmişdir. Yevlax rayon Polis Şöbəsinin 12 iyul 2021-ci il tarixli məktubundan görünür ki, X2 adına şəxsiyyət vəsiqəsi verilməmiş və DİN elektron informasiya portalında heç bir məlumat və ya qeydiyyat yoxdur. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, pasportunda, hərbi biletində, övladlarına verilmiş doğum haqqında şəhadətnamələrdə, nikah haqqında şəhadətnaməsində adı Alim kimi göstərilmiş, lakin doğum haqqında akt qeydində adı Maarif olaraq yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi qanunvericiliyin qeyd olunan göstərişlərinə istinad edərək xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, ərizəçinin doğum haqqında akt qeydinə düzəliş edilərək adı Alim kimi qeyd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 31 may 1977-ci il tarixli doğum haqqında 53 №-li akt qeydinə düzəliş edilərək adı Alim kimi qeyd edilsin. Qətnamə düzəlişin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-707/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-707/2021
03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver