Məhkəmə qərarları › İş №2(039)-71/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-71/2025

04.03.2025 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-71/2025 04.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, X5 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhləmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 1988-ci ildə doğulmuş qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X7 12 sentyabr 1988-ci ildə anadan olmuşdur. Qardaşı anadangəlmə ağıl zəifliyindən əziyyət çəkməklə xəstə olmuş, Yevlax Rayon Xəstəxanasında qeydiyyatda olmuş və müalicə almışdır. Qardaşına faktiki olaraq o (ərizəçi) baxır və qulluq edir. Rəsul İmanverdiyev öz hərəklərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətindən məhrumdur. Onun üzərində qəyyum təyin edilməsi üçün onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixatriya ekspertizasının təyin edilməsi zərurəti yaranmışdır. Buna görə də hazırkı ərizə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 yol vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1988-ci ildə doğulmuşdur, atası X3, anası X2r. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 yanvar 1981-ci ildə doğulmuşdur, atası X3, anası İmanverdiyeva gülnaz Ürüşdü qızıdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron X9 haqqında arayışından görünür ki, X7 birinci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 X16 X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 928 saylı rəydən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X7 orta dərəcəli əqli gerilik XBT-10 ((Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. X7 orta dərəcəli əqli gerilik XBT-10 ((Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 sentyabr 1988-ci ildə Yevlax rayonunda doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar