Məhkəmə qərarları › İş №2(039)-710/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-710/2023

05.09.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-710/2023 05.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə işə məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı Brilyant ağır atrofiya xəstəliyi diaqnozu ilə əlaqədar öz hərəkətlərini mənasını anlaya bilməməsini və özünü idarə edə bilməməsini nəzərə alaraq, onun fəaliyyət qabliyyətini olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, onun qızı Brilyat Sadıqova ağır atrofiya xəstəliyi diaqnozu ilə aylarla psixiatrik xəstəxanasında müalicə kursu keçir. Qızının bu tipli ağır xəstəliyi ağırlaşdırıcı olduğundan bu proseslərdə onu idarə etmək olmur. Cəmiyyət və insanlar üçün bəzən təhlükə mənbəyi olur. O, övladını idarə edib, xəstəxanaya aparır, mütamadi həkim müayinəsindən keçirir, onu daim nəzərətdə saxlayaraq başqalarına və digər övladlarına xəsarət yetirməməsi üçün tədbir görür. Brilyant hazırda onun himayəsindədir. Hal-hazırda onun müntəzəm qaydada xəstəlik keçirdiyini, öz hərəkətlərinin mənasını analaya bilmədiyini, öz hərəkətlərini idarə edə bilmədiyini və bunların müqabilində həm özü üçün, həm də başqaları üçün təhlükə yaratdığını və bir ana olaraq onu idarə etməyinə ciddi ehtiyac vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Sadıqova Brilyant Tahir qızının atası X2, anası Ərizəçidır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayış xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Sadıqova Brilyant Tahir qızının sağlamlıq imkanları məhduddur və kənar şəxsin qulluğuna ehtiyacı var. Yevlax şəhər 3 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən verilmiş 343 saylı xx.xx.2023-cü il tarirxli arayışdan görünür ki, Sadıqova Brilyant Tahir qızı həqiqətən Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi ev 10, mənzil 32-da yaşayır. Anası Ərizəçi himayəsində yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 X1 Şöbəsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 372 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Sadıqova Brilyant Tahir qızı orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasının başa düşərək və öz hərəkətlərinə rəhbərlik edə bilmək qabliyyətində deyildir. Sadıqova Brilyant Tahir qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclası zamanı xx.xx.1991-ci il təvəllüdlü Sadıqova Brilyant Tahir qızı öz psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik-ekspertizasının rəyi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Brilyant Sadıqova fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü Sadıqova Brilyant Tahir qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar