Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-717/2020 19.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində göstərməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək mərhum anası Əsli Əlbəndovaya məxsus 8AZ-İ seriyalı 344938 saylı ölüm haqqında şəhadətnamədə mərhum anası Əsli Əlbəndovanın atasının adının (ərizəçinin babasının adının) Qulu yazılmasını səhv qeyd hesab etməklə Yunis kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (ərizə dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxxx 1959-cu il tarixdə Yevlax rayonu Nərimanabad kəndində anadan olmuşdur. Soyadı Əlbəndov, adı Əziz, atasının adı Misidir. Ona 118 qeydiyyat nömrəli xx xxxxxx 1959-cu il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. Onun atası X3 və anası X10 olmuşdur. Ona verilmiş doğum haqqında şəhadətnamədə valideyinlərinin soyadı, adı və babasını adı yuxarıda qeyd etdiyi kimi göstərilmişdir. Lakin anasına məxsus ölüm haqqında şəhadətnamədə babasının adı səhvən Qulu kimi qeyd edilmişdir. Anasının atasının adının, yəni onun babasının adının Qulu kimi yazılması hazırda ona müəyyən mülki hüquqlarını həyata keçirməkdə çətinlik yaradır. Anasından miras qalmış torpaq sahəsinə dair vərəsəlik haqqında şəhadətnamə alması üçün notariusa müraciət etsə də, tələbi təmin edilməmişdir. Məcbur qalaraq hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X4 ərizəni müdafiə edərək bildirmişdir ki, o, ərizəçinin arvadıdır. Ərizəçinin mərhum anasının, yəni onun qaynanasının ata adı bütün sənədlərdə, yəni mərhum Əsli Əlbəndovanın uşaqlarının doğum haqqında şəhadətnamələrində, nikah haqqında şəhadətnaməsində, hətta onun qəbirüstü yazısında da Yunis yazıldığı halda Əsli Əlbəndəvoya verilmiş ölüm haqqında şəhadətnamdə və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin baba adı səhv olaraq Qulu göstərilmişdir. Buna görə də ərizəçi anasından miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi əldə edə bilmir. Səhvin düzəldilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müarciət etməli olduğu bildirilmişdir. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs ərizəçiyə ünvanladığı 2872 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Yevlax rayon X2 tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 11 saylı ölüm akt qeydi nəzərdən keçirilərkən mərhumun ata adının Yunis kimi deyil Qulu kimi qeyd olunduğu üçün ərizəçiyə ölüm haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 260 saylı arayışdan görünür ki, xx.xx.1920-ci il tarixdə Ermənistan Respublikası Verdenis rayonunda anadan olmuş və Yevlax rayonu Nərimanabad kəndində qeydiyyatda olmuş mərhum X11 və onun ailə üzvləri, həyat yoldaşı xx.xx.1925-ci il təvəllüdlü X8 (vəfat edib), oğlu xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi (evli), oğlu xx.xx.1962-ci il təvəllüdlü X5 (evli), oğlu xx.xx.1951-ci il təvəllüdlü X12 (vəfat edib) və qızı xx.xx.1965-ci il təvəllüdlü X9 barədə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir. Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 232 №li nikah haqqında çıxarışdan görünür ki, X8 ilə X10 arasında bağlanmış nikah 1960-cı ilin may ayının 23-cü günündə akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əlbəndov, arvada isə Əlbəndova soyadı verilmişdir. Yevlax rayon Nemətabad kənd sovetliyi tərəfindən xx.xx.1977-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 321525 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur; atası –X8, anası –X6r. Yevlax rayon Nemətabad kənd sovetliyi tərəfindən xx.xx.1962-ci il tarixdə verilmiş V-AЗ seriyalı 189501 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1962cu il tarixdə anadan olmuşdur; atası –X8, anası –X6r. Yevlax rayon Nemətabad kənd sovetliyi tərəfindən xx.xx.1962-ci il tarixdə verilmiş V-AЗ seriyalı ******* №-li doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur; atası –X8, anası –X6r. Maraqlı şəxs tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş 2787 №-li ölüm haqqında şəhadətnamədən və xx xxxx 1999-cu il tarixli 11 №-li ölüm haqqında akt qeydindən görünür ki, X11 xx xxxx 1999-cu ildə ölmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyesteri xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 05/2-2782/13 saylı məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində 1945-ci ildən saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilir. Ərizəçinın ölümünün dövlət qeydiyyatına alındığı dövrdə qüvvədə olan (1999-cu ildə) “VVAQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən Siyahı”nın 4.8-ci bəndinə uyğun olaraq ölüm haqqında akt qeydinin tərtib edilməsi üçün əsas olmuş sənədlər 1 il saxlanıldıqdan sonra məhv edilmişdir. Bu qəbildən olan sənədlərin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılması isə qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu səbəbdən Ərizəçinın ölüm haqqında akt qeydinin tərtib edilməsi üçün əsas olan sənədlərin göndərilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 26/11№-li məktubdan görünür ki, Yevlax Dövlət arxivində mühafizə olunan Maraqlı şəxs 1932-ci ilə dair doğum sənədlərində X20 (Yunis) qızının təvəllüd tarixli barədə heç bir məlumat tapılmamışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin məhrum anasının ölüm haqqında şəhadətnaməsində göstərilmiş baba adı doğum akt qeydində göstərilən baba adı ilə düz gəlmir, ərizəçinin doğum akt qeydində anası “X10” göstərildiyi halda, mərhum anasına məxsus ölüm haqqında şəhadətnamədə anası “X11” kimi göstərilmişdir. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi qanunvericiliyin qeyd olunan göstərişlərinə istinad edərək xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, ərizəçinin doğum akt qeydində göstərilən “X10” ilə ərizəçinin mərhum anasına məxsus ölüm haqqında şəhadətnamədə göstərilən “X11” eyni şəxsdir və X7 ölüm akt qeydinə düzəliş edilərək ata adı Yunis kimi qeyd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X7 xx xxxx 1999-cu il tarixli, 11 №-li ölüm haqqında akt qeydinə düzəliş edilərək ata adı Yunis kimi qeyd edilsin. Qətnamə düzəlişin edilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-717/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-717/2020
19.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver