Məhkəmə qərarları › İş №2(039)-72/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-72/2022

04.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-72/2022 04.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətinə verilmiş Yevlax rayonu, Quşçu kəndində yerləşən 1.5267 hektar torpaq sahəsinin zəbt edilmiş 1 hektar hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Quşçu kəndində yerləşən 1.5267 hektar torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpağı alqısatqı müqaviləsi əsasında əldə etmişir. Həmin torpaq sahəsinin təxminən 01 hektar hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, zəbt edib istifadə edirlər. Dəfələrələ tələb etmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi hisəsindən çıxmırlar. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izah etdi ki, onun Yevlax rayonu, Quşçu kəndində 1.05 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən də istifadə edir. Heç kimin torpağını zəbt etməmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izah etdi ki, onun Yevlax rayonu, Quşçu kəndində 0.52 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən də istifadə edir. Heç kimin torpağını zəbt etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** nömrəli, 05 yanvar 2021-ci il tarixli çıxarışın surətindən məlum olur ki, İddiaçı Yevlax rayonu, Quşçu kəndi ərazisində 1.5267 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-0099 kod 90111028 saylı dövlət aktından məlum olur ki, Cavabdeh1 Yevlax rayonu, Quşçu kəndi ərazisində 1.05 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-104 kod 90111028 saylı dövlət aktından məlum olur ki, Cavabdeh2 Yevlax rayonu, Quşçu kəndi ərazisində 0.52 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 aprel 2022-ci il tarixli **********26 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada istifadə etdikləri və göstərdikləri ll hissəli 0.45 ha və 0.70 ha torpaq sahəsinin 0.46 ha hisəssi (0.37 ha və 0.09 ha) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış və İddiaçı **********74 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 1.5267 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələri ilə onların faktiki naturada istifadə etdikləri torpaq sahələrinin həndəsi ölçüləri, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Belə ki, iddiaçların və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin uzunluq istiqamətləri həm də islahat aparılmış ərazidən kənara çıxmaları müşahidə edilmişdir. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqlar aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli 10/2703 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mühəndisi Pərviz Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada istifadə etdikləri və göstərdikləri ll hissəli 0.45 ha və 0.70 ha torpaq sahəsinin 0.46 ha hisəssi (0.37 ha və 0.09 ha) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış və İddiaçı **********74 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 1.5267 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələri ilə onların faktiki naturada istifadə etdikləri torpaq sahələrinin həndəsi ölçüləri, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Belə ki, iddiaçların və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin uzunluq istiqamətləri həm də islahat aparılmış ərazidən kənara çıxmaları müşahidə edilmişdir. Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının Yevlax rayonu, Quşçu kəndi ərazisində 1.5267 hektar torpaq sahəsi vardır. İddiaçı cavabdehlərə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mütəxəssis və ekspert rəyində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada istifadə etdikləri və göstərdikləri ll hissəli 0.45 ha və 0.70 ha torpaq sahəsinin 0.46 ha hisəssi (0.37 ha və 0.09 ha) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış və İddiaçı **********74 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 1.5267 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələri ilə onların faktiki naturada istifadə etdikləri torpaq sahələrinin həndəsi ölçüləri, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Belə ki, iddiaçların və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin uzunluq istiqamətləri həm də islahat aparılmış ərazidən kənara çıxmaları müşahidə edilmişdir. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqlar aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacağı bildirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən torpağının cavabdehlər tərəfindən zəbt olunmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin torpaq sahəsində çıxarılmasını tələb etsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada istifadə etdikləri və göstərdikləri ll hissəli 0.45 ha və 0.70 ha torpaq sahəsinin 0.46 ha hisəssi (0.37 ha və 0.09 ha) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış və İddiaçı **********74 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 1.5267 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələri ilə onların faktiki naturada istifadə etdikləri torpaq sahələrinin həndəsi ölçüləri, konfiqurasiya fərqi və məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Belə ki, iddiaçların və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin uzunluq istiqamətləri həm də islahat aparılmış ərazidən kənara çıxmaları müşahidə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar