Məhkəmə qərarları › İş №2(039)-73/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-73/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-73/2022 21.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı və vəkili X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «nikahın etibarsız sayılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Tanrıqulular kənd İcra nümayəndəliyində 09 mart 2007-ci il tarixdə qeydə alınmış 07 saylı nikahın etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə 2006-cı ildən ər-arvad kimi birgə yaşamağa başlamışlar. Lakin onunla rəsmi nikaha girməmişdir. Birgə yaşayışlarından övladları olmamışdır. 2021-ci ilin aprel ayında aralarında münaqişə olmuş və ayrılmışlar. Həmin vaxt Cavabdeh ona aralarında rəsmi nikahın olmasını bildirmişdir. Lakin heç vaxt nikaha girməmiş və nikah aktını imzalamamışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflər 2006-cı ildən ər-arvad kimi birgə yaşamağa başlamışlar. Birgə yaşayışlarından övladları olmamışdır. 2021-ci ilin aprel ayında aralarında münaqişə olmuş və ayrılmışlar. Həmin vaxt Cavabdeh iddiaçıya aralarında rəsmi nikahın olmasını bildirmişdir. İddiaçının həmin nikahdan xəbəri olmamışdır. Heç vaxt nikah aktı imzalamışdır. İddiaçı vəkili X2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, İddiaçı ilə evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Ailə qurarkən kənd icra nümayəndəliyində rəsmi nikah qeydindən keçmişlər. İddiaçı nikah aktını onunla birgə imzalamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 20 may 2021-ci il tarixli 979 saylı məktubundan məlum olur ki, İddiaçı nikahın etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 20 may 2021-ci il tarixli 05/Q-979/70 saylı arayışının surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı 09 mart 2007-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(039)-2366/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli 4/163 saylı ekspert rəyindən görünür ki, 09 mart 2007-ci il tarixli 07 saylı nikah haqqında akt qeydinin 13-cü bəndində (evlənənlərin imzaları evlənədək soyadları) qrafasında “İddiaçı” yazılarından yuxarıda yerləşən imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən Nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.4-cü maddəsinə əsasən Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 27.1.7-ci maddəsinə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 174-cü maddəsinə əsasən Nikahın qeydə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olan şəxslərin iştirakı ilə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər 2006-ci ildən faktiki ailə quraraq birgə yaşamışlar. Birgə yaşayışlarından övladları olmamışdır. İddiaçı nikahın etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, nikah akt qeydinin iddiaçı tərəfindən imzalandığını bildirmişdir. Ekspert rəyi ilə 09 mart 2007-ci il tarixli nikah akt qeydinin iddiaçı tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında 09 mart 2007-ci il tarixli nikah etibarsız hesab edilməlidir. Cavabdeh 124 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon Tanrıqulular kənd icra nümayəndəliyindən bağlanmış 09 mart 2007-ci il tarixli nikah etibarsız hesab edilsin. Cavabdeh 124 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündə n 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar