Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-748/2021 30.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X7 xidmət mərkəzinin Notariat ofisinə qarşı «mirasın qəbulu faktının təsdiq edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs X7 xidmət mərkəzinin Notariat ofisinə qarşı «mirasın qəbulu faktının təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 Yevlax rayonu Salahlı kəndində miras qalmış 2,66 hektar və 2,39 hektar torpaq sahələrini faktiki qəbul etməyi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, o, Yevlax rayonu Salahlı kənd sakini olmuş X5 ilə 1989-cu ilin yanvar ayının 29-da faktiki evlənib ailə həyatı qurmuşdur. Övladları olmamışdır. Həyat yoldaşı Qaçay Qorçuyev xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Nikahları haqqında Yevlax rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2017-ci il tarixdə 02 №-li bərpa akt qeydi tərtib olunmuşdur. Mərhum həyat yoldaşı Qaçay Qorçuyev 2009cu il tarixdə Yevlax rayon Salahlı kəndində yerləşən 2,66 hektar, 2014-cü il tarixdə 2,39 hektar pay torpaq sahələrini alqı-satqı yolu ilə almış və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xüsusi mülkiyyətinə dair çıxarışlar verilmişdir. Mərhum həyat yoldaşı Qaçay Qorçuyevin vəfatından sonra miras qalmış torpaq sahələrinə faktiki sahiblik edir və hazırda torpaq sahələri onun istifadəsindədir. Mərhum həyat yoldaşı Qaçay Qorçuyevdən miras qalmış əmlaka vərəsəlik haqqında şəhadətnamə verilməsi tələbi ilə əlaqədar xahişi Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təmin edilməmiş və ona mirasın qəbulu faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X7 xidmət mərkəzinin Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs X7 xidmət mərkəzinin Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X7 xidmət mərkəzinin Notariat ofisinin xx xxxxxx 2021-ci il tarixli 181 saylı məktubundan məlum olur ki, Ərizəçi mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Salahlı kənd İƏD-si üzrə nümayəndəliyinin xx xxxxxx 2021-ci il tarixli 102 saylı arayışından məlum olur ki, Ərizəçi mərhum həyat yoldaşı X5 xx xxxxxx 2015-ci ildə vəfat etdikdən sonra, 2.66 ha və 2.39 ha torpaq sahəsini faktiki mülkiyyətindədir. Ölən gündən hal-hazırki vaxtadək istifadə edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1954-cü il tarixdə Yevlax rayonu, Salahlı kəndində anadan olmuş, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxx 2009-cu il tarixli ********** saylı çıxarışıdan məlum olur ki, X3 Yevlax rayon Salahlı kəndində 2.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxxx 2014-cü il tarixli ********** saylı çıxarışdan məlum olur ki, X3 Yevlax rayon Salahlı kəndində 2.3931 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 47/1 saylı arayışından məlum olur ki, X6 xx xxxxxx 1983-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 47 saylı arayışından məlum olur ki, X8 xx xxx 2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 257 saylı arayışından məlum olur ki, X5 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2018-ci il tarixli 1775 saylı arayışından məlum olur ki, X3 Ərizəçi xx xxxxxx 2017-ci il tarixdə nikahı haqqında bərpa akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 51 saylı arayışından məlum olur ki, X1 yaşayış yeri Yevlax rayonu, Salahlı kəndi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 51 saylı arayışından məlum olur ki, X3 ailə tərkibi barədə aşağıdakı məlumatlar aşkar edilmişdir: həyat yoldaşı Ərizəçi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(039)-1499/2017 saylı qətnaməsindən məlum olur ki, Ərizəçi mərhum X5 ilə xx xxxxxx 1989-cu il tarixli nikah qeydi bərpa edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxx 2009-cu il tarixli ********** saylı çıxarışına əsasən 2.66 ha və xx xxxxxx 2014-cü il tarixli ********** çıxarışına əsasən 2.3931 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X4 məxsusdur. X5 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ərizəçi (vərəsə) həmin torpaqları faktiki olaraq miras kimi qəbul etməklə həmin torpaqlardan istifadə edir. Ərizəçi birinci növbə vərəsədir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” x xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 ölümündən sonra X4 məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxx 2009-cu il tarixli ********** saylı çıxarışına əsasən 2.66 ha və xx xxxxxx 2014-cü il tarixli ********** çıxarışına əsasən 2.3931 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. X3 ölümündən sonra X4 məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxx 2009-cu il tarixli ********** saylı çıxarışına əsasən 2.66 ha və xx xxxxxx 2014-cü il tarixli ********** çıxarışına əsasən 2.3931 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-748/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-748/2021
30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver