Məhkəmə qərarları › İş №2(039)-752/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-752/2020

17.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-752/2020 17.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx xxxxxxxx 2009-cu il tarixdə, X5 xx xxxxxx 2013-cü il tarixdə, X2 xx xxxxxxx 2014-cü il tarixdə və X3 xx xxxx 2016-cı il tarixdə anadan olması faktının yəni doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək izah etdi ki, o, X9 ilə 2008-ci ilin noyabr ayında qeyri rəsmi (molla kəbini) evlənərək ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxxxx 2009-cu il tarixdə X6, xx xxxxxx 2013-cü il tarixdə X10, xx xxxxxxx 2014-cü il tarixdə X7 və xx xxxx 2016-cı il tarixdə X8 adlı 4 uşaqları anadan olmuşdur. Müəyyən səbəblərdən uşaqların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Belə ki, onların adına tibbi doğum haqqında şəhadətnamə verilmədiyindən doğum qeydinin maraqlı orqan Maraqlı şəxsndə aparılması mümkün deyildir. Uşağın anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. Ona görə də, uşağın anadan olması faktının, yəni doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi mümkün olmadığından hazır ki, iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmək istəyir ki, uşağının biri xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X6 ev şəraitində doğulmuşdur. Bunu təstiq edən heç bir sənəd olmasada, məhkəmə prosesində dindiriləcək şahidin bunu təsdiq edə bilərlər. Qalan 3 uşağının isə doğum qeydi haqqında Yevlax Rayon Mərkəzi Xəstəxanasından çıxarış vardır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək göstərdi ki, Ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi Natiq Kərimov ilə ailə quraraq evlənmişlər. Birgə nikahlarından xx xxxxxxxx 2009-cu il tarixdə X6, xx xxxxxx 2013-cü il tarixdə X10, xx xxxxxxx 2014-cü il tarixdə X7 və xx xxxx 2016-cı il tarixdə X8 adlı 4 övladları doğulmuşdur. Lakin uşaqlara heç bir sənəd alınmamışdır. Məhkəmə ərizəçinin və şahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 436 saylı məktubdan məlum olur ki, Ərizəçi övladının doğumu haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxx 1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Yevlax şəhəri F.X.Xoyski küçəsi ev 35-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı 16409666 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X9 xx xxxx 1991-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Yevlax şəhəri Neftkəməri küçəsi ev 52-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X20 Hakimiyyətinin 8 saylı Evlər Komitəsi tərəfindən verilmiş arayışından məlum olur ki, X9 həqiqətən Yevlax şəhəri Neftkəməri küçəsi ev 52-də qeydiyyatdadır, hazırda Yevlax şəhəri H.Cavid küçəsində yaşayaır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X20 Hakimiyyətinin 23 saylı Evlər Komitəsi tərəfindən verilmiş arayışından məlum olur ki, xx xxxxxx 2012-ci il tarixdə doğulmuş bir qız uşağı anası Ərizəçi ilə birlikdə həqiqətən Yevlax şəhəri E.Məmmədov küçəsi ev 133-də yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Mərkəzi Xəstəxənasının publik hüquqi şəxsi 504 saylı xəstənin ambulator stasionar çıxarışından məlum olur ki, Ərizəçi xx xxxxxxx 2014-cü il tarixdə bir qız uşağı doğmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Mərkəzi Xəstəxənasının publik hüquqi şəxsi 419 saylı xəstənin ambulator stasionar çıxarışından məlum olur ki, Ərizəçi xx xxxx 2016-cı il tarixdə bir oğlan uşağı doğmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Mərkəzi Xəstəxənasının publik hüquqi şəxsi 47 saylı xəstənin ambulator stasionar çıxarışından məlum olur ki, Ərizəçi xx xxxxxx 2013-cü il tarixdə bir oğlan uşağı doğmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Mərkəzi Xəstəxənasının publik hüquqi şəxsi 1462 saylı, xx xxxx 2020-ci il tarixli arayışından məlum olur ki, X11 hal-hazırda tam sağlamdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmədə aydın olur ki, X9 ilə Ərizəçi qeyri rəsmi nikahlarından xx xxxxxxxx 2009-cu il tarixdə X6, xx xxxxxx 2013-cü il tarixdə X10, xx xxxxxxx 2014-cü il tarixdə X7 və xx xxxx 2016-cı il tarixdə X8 adlı 4 uşaqları anadan olmuşdur. Səhlənkarlığı ucbatından müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır. Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx xxxxxxxx 2009-cu il tarixdə X6, xx xxxxxx 2013-cü il tarixdə X10, xx xxxxxxx 2014-cü il tarixdə X7 və xx xxxx 2016-cı il tarixdə X4 anadan olmaları faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPMnin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 2009-cu il tarixdə bir qız, xx xxxxxx 2013-cü il tarixdə bir oğlan, xx xxxxxxx 2014-cü il tarixdə bir qız və xx xxxx 2016-cı il tarixdə bir oğlan uşaqlarını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar