Məhkəmə qərarları › İş №2(039)-759/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-759/2020

13.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-759/2020 13.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx xxx 2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, Ərizəçi Maraqlı şəxsnə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» haqqında ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Ərizəçi Maraqlı şəxsnə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» haqqında ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar