Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-76/2025 30.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma» və Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 oktyabr 2022-ci il qeydiyyat tarixli çıxarışla onların mülkiyyətində olan, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 6.48 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 oktyabr 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüququ təsbit edilmiş Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 6.148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırki bazar qiyməti ilə dəyəri olan 30000 manat pul vəsaitinin cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınıb ona verilməsi; məhkəmə məsrəflərini təşkil edən 180 manat dövlət rüsumu məbləği və 320 manat vəkilə ödənilən haqqın – cəmi 500 manat pul vəsaitini cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh məhkəmə iclasında 30 yanvar 2025-ci il tarixli barışıq sazişi təqdim edərək bildirdilər ki, tərəflər aralarında olan mübahisəni barışıq yolu ilə həll edərək, 30 yanvar 2025-ci il tarixdə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən – 1). İddiaçılar İddiaçı1 və İddiaçı2 1.44 ha torpaq sahəsini 2030-cu ilin sonunadək Cavabdeh icarəsində olacaq. 2). Cavabdeh icarə müqabilində iddiaçılar İddiaçı1 və İddiaçı2 3000 manat pul vəsaiti ödəyəcək. Ona görə də, məhkəmədən tərəflər arasında bağlanmış 30 yanvar 2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. Tərəflər hər biri ayrı-ayrılıqda təqdim olunmuş barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirərək, həmin barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış 30 yanvar 2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından həmin barışıq sazişi təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikasının MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə əsasən Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmişdir və müvafiq qaydada imzalanmışdır. Tərəflərə barışıq sazişinin nəticələri və Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsi əsaslarının nəticələri izah olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 161, 261, 262, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: 1). İddiaçılar İddiaçı1 və İddiaçı2 1.44 ha torpaq sahəsini 2030-cu ilin sonunadək Cavabdeh icarəsində olacaq. 2). Cavabdeh icarə müqabilində iddiaçılar İddiaçı1 və İddiaçı2 3000 manat pul vəsaiti ödəyəcək. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma» və Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı «pul» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. 09 sentyabr 2024-cü il tarixli ********** saylı qəbzlə artıq ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. 21 oktyabr 2024-cü il tarixli ********** saylı qəbzlə artıq ödənilmiş 180 manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-76/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-76/2025
30.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver