Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-765/2020 28.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçılar İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq payının naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il tarixli çıxarışına əsasən Yevlax rayonu Kövər kəndində yerləşən 2,0941 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsinin naturada ayrılıb ona veriməsinə dairqətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il tarixli çıxarışına əsasən Yevlax rayonu Kövər kəndində yerləşən 2,0941 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2/3 hissədə onun və 1/3 hissədə Cavabdeh birgə mülkiyyətinə verilmişdir. O, pay torpaq sahəsinin naturada ayrılmasını istəyir. Lakin cavabdeh buna razılıq vermir. Ona görə də məcburiyyət qarşısında qalıb Yevlax rayonu Kövər kəndində mülkiyyətinə verilmiş pay torpaq sahəsinin naturada ayrılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. JN-263, KOD 90108028 saylı Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Yevlax rayonu Kövər kəndində yerləşən 2.09 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi Yevlax rayonu X5 xx xxxx 1998-ci il tarixli qərarı ilə X4, X6 və X2 mülkiyyətinə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdə ölmüş X3 vərəsəsi nəvəsi İddiaçı miras əmlakdan ½ hissədə pay almalıdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdə ölmüş X3 vərəsəsi qızı Cavabdeh miras əmlakdan ½ hissədə pay almalıdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2005-ci il tarixdə ölmüş X6 vərəsəsi nəvəsi İddiaçı miras əmlakdan ½ hissədə pay almalıdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2005-ci il tarixdə ölmüş X6 vərəsəsi qızı Cavabdeh miras əmlakdan ½ hissədə pay almalıdır. DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından müəyyən olunur ki, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxx 2019-cu il tarixli qeyd üzrə Yevlax rayonu Kövər kəndində yerləşən 2.0941 ha kənd təsərrüfatı təyinatlı torpaq xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissədə Cavabdeh, 2/3 hissədə isə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinin 17 saylı X10 xx xxxx 2020-ci il tarixli **********85 №-li məktubunda qeyd edilir ki, Yevlax rayonu, Kövər kəndində yerləşən İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan 2.0941 ha torpaq sahəsinə 17 saylı X10 mütəxəssisi tərəfindən baxış keçirilmiş, inventarlaşdırma işləri aparmış və onun döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və məlumat olaraq bildiririk ki, İddiaçı mülkiyyətində olan 2/3 hissə payı və Cavabdeh mülkiyyətində olan 1/3 hissə payı olan torpaq sahəsinin naturada ayrılması mümkündür. Həmin məktuba plan sxem əlavə edilmişdir. Mülki Məcəllə: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 1282.1. Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Yevlax rayonu Kövər kəndində yerləşən 2,0941 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının 2/3 hissədə və cavabdehin 1/3 hissədə mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri baxımından iddiaçı özünə məxsus olan hissədə torpağının real ayrılmasını tələb edə bilər. Bu səbəbdən iddia əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının payı 2/3 hissədə bölgü planına uyğun qaydada ümumi torpaq sahəsindən ayrılaraq ona istifadəsinə verilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Daşınmaz əmlakın Dövlət reyestrində, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxx 2019-cu il tarixli qeyd üzrə məxsus olan, Yevlax rayonu, Kövər kəndində yerləşən 2,0941 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsi qətnaməyə əlavə edilmiş bölgü planına uyğun olaraq naturada ayrılaraq ona istifadəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-765/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-765/2020
28.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver