Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-766/2021 18.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN 0456 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Yevlax rayonu Aran qəsəbəsində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə daxil olan 7.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması barədə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Aran qəsəbəsində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 7.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri daxildir. Mülkiyyət hüququ JN 456 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən təsbit edilmişdir. Həmin torpaq sahəsi ailə üzvlərinə əvəzsiz olaraq Respublikada torpaq islahatı keçirilən zaman verilmişdir. Ailə üzvüləri olan ümumi birgə mülkiyyətçilər sırasına aşağıdakı şəxslər daxildir: X9, X15, X13, İddiaçı, X4, X19 oğlu, X11. Cavabdeh uzun illərdir ki, onun ailəsinin ümumi birgə mülkiyyətinə daxil olan torpaq sahəsini zəbt etmişdir. Belə ki, maddi problemləri ilə bağlı onlar torpaq sahələrini əkib becərə bilmirdi. Daha sonra isə, torpaq sahələrini əkib becərmək istədikdə, cavabdeh onlara məxsus 7.49 ha torpaq sahəsini zəbt etməsini etiraf etsə də, torpaq sahələrini təhvil verməyəcəyinə dair onlara meydan oxudu. O, öz imkanlarında istifadə edərək onların haqlarını vermək istəmir. Yevlax Rayon Polis X3 şikayətin araşdırılması gedir. Yevlax Rayon Hüquq Mühafizə orqanlarının göstərişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi Şahin müəllim CPS aparatı ilə yerində ölçmə işləri aparmış və müəyyən edilmişdir ki, həqiqətən də cavabdeh onların ailəsinin ümumi birgə mülkiyyətlərinə daxil olan, o, cümlədən Respublikada torpaq islahatı keçirilən zaman əvəzsiz olaraq onların ailə üzvlərinə verilmiş 7.49 ha ölçüdə pay torpaq sahələrini bütövlüklə zəbt etmişdir. Ümumi birgə mülkiyyətçilər olaraq onlar hər biri dəfələrlə cavabdehə müraciət edərək zəbt altında olan torpaq sahəsini onlara təhvil veriməsini tələb etmişlər. Cavabdeh isə pay torpaq sahələrini zəbt etdiyini özü etiraf etsə də onların tələblərini yerinə yetirmir. Onlar ümumi birgə mülkiyyətçilərin daha cavabdehə güzəşt etmək fikirləri yoxdur. İddiaçı əvvəlki məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Xəqani Əkbərov əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdi ki, Yevlax rayonu, Aran qəsəbəsində Cavabdeh müvafiq olaraq 2.0 ha və 3.85 ha olan iki kənd təsərrüfatlı torpaq sahələri mülkiyyət hüququ üzrə məxsusdur. Cavabdeh məhz həmin torpaq sahələrindən istifadə edir. İddiaçıya aid torpaq sahəsini Cavabdeh zəbt etməmiş, iddiaçı buna dair hər hansı sübut təqdim etməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-0456 KOD 90100016 saylı şəhadətnamənin surətindən görünür ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli 57 nömrəli qərarı ilə 7.49 hektar kənd təsərrüfatı məhsulları istehsalı ilə bağı Yevlax rayonu Aran qəsəbə sakinləri X5, X10, X7, İddiaçı, X1, X8 və X6 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Aran qəsəbə yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır.. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Aran qəsəbə yerləşən 3,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əkin üçün X2 xüsusi mülkiyyətinə verilmişdir. İş üzrə mühəndis-texniki ekspertizası təyin edilsə də, iş üzrə tərəflər bu barədə xəbərdar edilmələrinə baxmayaraq mütəxəssisin xərcini ödəmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli 57 nömrəli qərarı ilə Yevlax rayonu Aran qəsəbəsində yerləşən 7.49 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı Yevlax rayonu Aran qəsəbə sakinləri X5, X10, X7, İddiaçı, X1, X8 və X6 paylı mülkiyyətinə verilmişdir. Həmin qəsəbədə müvafiq olaraq 2.0 ha və 3.85 ha olan iki kənd təsərrüfatı təyyinatlı torpaq sahələri mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Mülki prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə görə, qeyd edilən torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt edilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya digər şəxslərlə paylı mülkiyyət hüququ üzrə məxsus torpaq sahəsinin zəbt etməsi təsdiqini tapmadığından hazırkı iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-766/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-766/2021
18.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver