Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-778/2020 19.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Şamxalı oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7 Vəliyyədin qızına, Cavabdeh6, Cavabdeh9 və Cavabdeh10 qarşı cavabdehlərin yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Şamxalı oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7 Vəliyyədin qızına, Cavabdeh6, Cavabdeh9 və Cavabdeh10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evin mülkiyyətçisidir və hazırda həmin ünvanda yaşayır. Onun evində qeydiyyatda olan hazırkı cavabdehlər ona məlum olmayan səbəblərdən evinə pasport qeydiyyatına alınmışlar. Cavabdehləri tanımır və onlarla heç bir qohumluq münasibətləri yoxdur. Heç bir vaxt onun evində yaşamayıblar. Cavabdehlərin kim tərəfindən, hansı qaydada onun evinə pasport qeydiyyatına alınması onun üçün müəmmalıdır. Hazırkı tələbi ilə Yevlax rayon Polis Şöbəsinə müraciət etsə də ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlərə çatdırılması üçün Yevlax şəhər 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, nümayəndəliyin məhkəməyə ünvanladığı məktubunda cavabdehlərin qeyd olunan ünvanda yaşamadıqları və hansı ünvanda yaşamaları barədə məlumatlarının olmaması bildirilmişdir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, qeyd olunan yaşayış evi 1972-ci ildə atası tərəfindən tikilmiş, atası öləndən sonra vərəsəlik hüququ əsasında ev anasının adına keçmişdir. Cavabdehlər ev tikilən vaxtdan bu gunə qədər o evdə yaşamayıblar, ümumiyyətlə onların anasına məxsus evdə qeydiyyatda olmaları barədə notariat ofisinə gedib, evi qardaşının adına qeydiyyata aldırmaq istəyəndə məlumatları olmuşdur. Tanımadıqları şəxslərin evlərində qeydiyyatda olmaları iddiaçıya özünə məxsus əmlakdan sərbəst istifadə etməyə imkan vermir. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən və 9 saylı Evlər Komitəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.1950-ci ildə Yevlax rayonu Rüstəmli kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** №li, xx.xx.2011-ci il tarixli çıxarışından görünür ki, Yevlax şəhəri İ.Dəmirov küçəsində yerləşən 55 saylı ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin X2na ünvanlanmış xx.xx.2020-ci il tarixli, 195-3379M-3220 saylı məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmişşəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin mənzilə daimi qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə onların arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır.Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamır, cavabdehlər daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məqsədi baxımından iddiaçının tələbi əsasında cavabdehin səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçının mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Şamxalı oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7 Vəliyyədin qızı, Cavabdeh6, Cavabdeh9 və Cavabdeh10 istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Şamxalı oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7 Vəliyyədin qızı, Cavabdeh6, Cavabdeh9 və Cavabdeh10 istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Şamxalı oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7 Vəliyyədin qızı, Cavabdeh6, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-778/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-778/2020
19.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver