Məhkəmə qərarları › İş №2(039)-78/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-78/2020

01.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-78/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərova Elmira Rafik qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı uşaqlarla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə nikahlarından olan xx xxxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 hər həftənin cümə, şənbə və bazar günü, habelə bayram günləri onunla ünsiyyətdə olmaqla valideynlik hüquqlarının həyata keçirilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə xx xxxxxxx 2009cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından olan xx xxxxxxx 2010-cu il tarixdə X6 və xx xxxxxx 2012-ci il tarixdə X4 doğulmuşdur. Ötən zaman ərzində cavabdeh Maraqlı şəxs ev təsərrüfatı ilə və uşaqlara baxmaqla məşğul olmuş o, isə əmək fəaliyyəti ilə məşğul olaraq bir ailə kimi yaşamışlar. Lakin bir müddət sonra aralarında narazılıqlar baş vermiş bu da axır nəticədə ailə münasibətlərinin faktiki olaraq pozulmasına gətirib çıxarmışdır. Bundan sonra tərəfindən 2018-ci ilin aprel ayında pozulması tələbi ilə məhkəməyə müraciət edilmiş, iş hazırda Məhkəmənin sədri cənab Toğrul Əliyevin icraatındadır xx.xx.2018-ci il tarixdə cavabdeh Maraqlı şəxs nikahın pozulmçasına dair münasibət bildirməmiş və tərəflərə barışıq üçün 3 ay vaxt verilməklə məhkmə iclası təxirə salınmışdır. Cavabdeh Maraqlı şəxs 2018-ci ilin aprel ayından etibarən uşaqları özü ilə aparmış və onunla ünsiyyətdə olmalarını qadağan etmişdir. Birgə nikahlarından doğulmuş X12 şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbdə 2-ci sinifdə təhsil alır. Maarif Hüseynli isə Yevlax şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbin hazırlıq kursunda təhsil alır. Ailə münasibətlərinin faktiki olaraq pozulduğundan cavabdeh Maraqlı şəxs uşaqları özü ilə X7 Nərimanov küçəsi bina 51 mənzil 12 ünvanında yaşayan valideynlərinin yanına aparmış və hal-hazırda həmin ünvanda uşaqlarla yaşayır. Cavabdeh Maraqlı şəxs aralarında münasibət pozulduğundan sonra uşaqlarla görüşməyinə şərait yaratmır. Cavabdehə bir neçə dəfə uşaqları görmək istəyini bildirsə də o, onun uşaqlarla görüşməyinə, ünsiyyətinə qarşı çıxmışdır. Bir sözlə, bununla bağlı cavabdehlə aralarında hər hansı razılıq əldə olunmamışdır. Baxmayaraq ki, onun da valideyn kimi uşağı ilə, ünsiyyətdə olmaq, onun tərbiyəsi ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququ var. Lakin cavavbdeh bu hüquqlarını həyata keçirməkdə maneələr yaradır. Buna görə də artıq məcbur oluşdur ki, məhkməyə müraciət etsin və qanunvericilikdə təsbit olunmuş valideyn hüquqları məhkmə tərəfindən təmin edilsin. İddiaçı Ərizəçi məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Maraqlı şəxs iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından X6 xx xxxxxxx 2010-cu il tarixdə, X5 xx xxxxxx 2012-ci il tarixdə doğulmuşlar. Ucar Rayonu İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli rəydə qeyd olunur ki, komissiya, iddiaçı Ərizəçi azyaşlı övladları X6 və X5 ilə ünsiyyətdə olmasını məqsədəmüvafiq hesab edir. Rəydə qeyd edilir ki, Maraqlı şəxs Ərizəçi əsəb xəstəliyindən əziyyət çəkdiyini və uşaqların təhlükəsizliyinə bunun təsir edə biləcəyini əsas gətirərək iddianı qəbul etmədiyini, lakin Ərizəçi özünü normal apardığı təqdirdə uşaqları ilə ayda bir dəfə görüşməsinə razı olduğunu bildirmişdir. Ucar rayonu Lək kəndi 2№-li tam orta məktəbinnin 96 №-li xx.xx.2019-cu il tarixli arayışından görünür ki X2 rayonu Lək kəndi 2№-li tam orta məktəbin 3-cü sinifində oxuyur. Ucar rayonu Lək kəndi 2№-li tam orta məktəbinnin 95№-li xx.xx.2019-cu il tarixli arayışından görünür ki X1 rayonu Lək kəndi 2№-li tam orta məktəbin 1-ci sinifində oxuyur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Maddə 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Maddə 62.4. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxxx 2011-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib getməməsini, səhhətini, hansı valideyn daha çox bağlılığını, onun mənəvi, psixi və fıziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Mülki Prosessual Məcəllə: Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Beləliklə, məhkəmə işin hallarını, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının ailə qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları təmin edilərək onun, azyaşlı övladları xx xxxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 ilə ünsiyyət hüququ təmin edilməlidir. Belə ki, atanın övladları ilə ünsiyyətini istisna və əngəl edə biləcək hər hansı hallar müəyyən edilməmişdir. Cavabdeh Maraqlı şəxs bu barədə komissiyaya bildirsə də Ərizəçi əsəb xəstəliyindən əziyyət çəkməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Lakin, məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilən ünsiyyət vaxtı uşaqların təhsilinə maneə törədə bilər. Bu səbəbdən iddia qismən təmin edilməli, iddiaçının övladları ilə hər şənbə günləri, habelə bayram günləri iki gündən artıq olduqda bayramın ikinci günü saat 11:00-dan 18:00-dək ünsiyyət hüququ verilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Ərizəçi övladları, xx xxxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günləri, habelə bayram günləri bir gündən artıq olduqda bayramın ikinci günü saat 11:00-dan 18:00-dək ünsiyyət hüququ təmin edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar