Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-790/2022 21.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları X1 08.01.2015-ci il tarixdə, X4 01.03.2016-cı il tarixdə, X5 24.02.2019-cu il tarixdə, X2 isə 12.05.2020-ci il tarixdə Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, Teymur Xasanovla nikahlarından doğulmuş X1 08.01.2015-ci ildə, X4 01 mart 2016-cı ildə, X5 23.02.2019-cu ildə, X2 isə 12.05.2020-ci ildə ev şəraitində anadan olmuşlar. Buna görə hazırkı tarixədək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarının doğum haqqında şəhadətnaməsinin olmaması onların gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcək. Göründüyü kimi, övladlarının doğum faktının tanınması zərurəti yaranmışdır və onlara müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Lakin o, Maraqlı şəxsnə bu barədə müraciət etsə də, ona övladlarının doğum haqqında şəhadətnamələrini verməmişlər və məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Tərəflərin izahatları: Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X3 bildirmişdir ki, Ərizəçi ilə Teymur Xasanov onun qonşularıdır. Uzun müddətdir ki, onları tanıyır. Birgə yaşadıqları müddətdə Ərizəçi 08.01.2015-ci il tarixdə Kifayət, 01 mart 2016-cı il tarixdə Sayşa, 24 fevral 2019-cu il tarixdə Sara və 12.05.2020-ci il tarixdə Sumayyə adlı uşaqları ev şəraitində doğulmuşlar. Uşaqlar sağlamdır və valideynləri ilə birlikdə yaşayırlar. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, 12.05.2020-ci ildə anadan olmuş qız, 24.02.2019-cu ildə anadan, olmuş qız, 01.03.2016-cı ildə anadan olmuş qız, 08.01.2015-ci ildə anadan olmuş qız övladınız doğum haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə daxil olmuş müraciətə baxılmışdır. Doğum haqqında şəhadətnamə övladlarınının doğumu haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan 08 yanvar 2015-ci il təvəllüdlü X6, 01 mart 2016-cu il təvəllüdlü X8, 24 fevral 2019-cu il təvəllüdlü X10 və 12 may 2020-ci il təvəllüdlü X7 müayinədən keçmişlər, sağlamdırlar. Yevlax Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir İstismar Sahəsinin təqdim etdiyi 016 nömrəli, 28 fevral 2022-ci il tarixli arayışda qeyd olunur ki, Ərizəçi həqiqətən ünvan 2 ünvanında ailə üzvləri olan qızları 08.01.2015-ci il təvəllüdlü X6, 01 mart 2016-cı il təvəllüdlü X8, 23.02.2019-cu il təvəllüdlü X5 və 12.05.2020-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayır. AZE ******** sayı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.2000-ci tarixdə Yevlax şəhərində doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin sbutlar mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin 08.01.2015-ci il tarixdə bir qız uşağının, 01.03.2016-cı il tarixdə bir qız uşağının, 24.02.2019-cu il tarixdə bir qız uşağının və 12.05.2020-ci il tarixdə bir qız uşağının Yevlax şəhərində ev şəraitində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə uşaqlar üçün doğum, habelə atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, ərizədə uşaqların soyadı, adı, və atasının adı qeyd edilsə də, həmin faktın xüsusi icraat qaydasında müəyyən edilməsi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi Yevlax şəhərində 08 yanvar 2015-ci il tarixdə bir qız uşağı, 01 mart 2016-cı il tarixdə bir qız uşağı, 24 fevral 2019-cu il tarixdə bir qız uşağı və 12 may 2020-ci il tarixdə bir qız uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-790/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-790/2022
21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver