Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-80/2020 05.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə, həmçinin əmlak tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Yevlax şəhəri, Ş Qurbanov küçəsi ev 79-da yerləşən fərdi yaşayış evinə mənzildən istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələrinı dair qərar qəbul edilməsini, həmçinin onlara məxsus olan əşyaların 1 ədəd dubloynka qiyməti 100 manat, 1ədəd kurtka qiyməti 70 manat, 4 ədəd ayaqqabı hər birinin qiyməti 20 manat, 5 ədəd jaket hər birinin qiyməti 25 manat, 5 ədəd çəkələk hər birinin qiyməti 5 manat,8 ədəd yubka hər birinin qiyməti 20 manat, 5 ədəd bütöv don hər birinin qiyməti 20 manat,10 dəst corab hər birinin qiyməti 3 manat,3 ədəd şarp hər birinin qiyməti 10 manat, 2 ədəd cins şalvar, hər birinin qiyməti 25 manat, 7 ədəd gecə geyimi, hər birinin qiyməti 12 manat, 10 dəst alt paltarı hər birinin qiyməti 15 manat,1 ədəd palto qiyməti 60 manat, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd qeydiyyat şöbəsi vəsiqəsi,1 ədəd doğum şəhadətnaməsi, 20 ədəd bijuteriya qiyməti 50 manat, 2 ədəd çanta hər birinin qiyməti 20 manat, 3 ədəd pul qabı hər birinin qiyməti 20 manat, 2 ədəd vedrə hər birinin qiyməti 10 manat və 4 ədəd kolqotka hər birinin qiyməti 10 manat olmaqla həmin əşyaların naturada özünün, yaxud da dəyərinin məhkəmə qaydasında alınıb verilməsinə dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişlər. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. 1 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubda qeyd edilir ki, ofisdə Cavabdeh adına vərəsəlik işi açılmamışdır. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Mülki Prossesual Məcəllə: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddiaçılar iclasa gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə, həmçinin əmlak tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-80/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-80/2020
05.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver