Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-80/2023 27.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X2 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayon Havarlı Bələdiyyəsinə qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayon Havarlı Bələdiyyəsinə qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Yevlax rayonu, Havarlı kəndində yerləşən torpaq sahəsindən Cavabdeh məxsus qanunsuz tikilinin onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Havarlı kəndində iddiaçının mülkiyyətində olan torpaq sahəsi vardır. Torpaq tamamilə cavabdeh tərəfindən zəbt edilmiş və üzərində qanunsuz olaraq ev inşa edilmişdir. İddiaçı cavabdehdən tikilinin sökülməsini və torpaqdan çıxmasını tələb etsə də, cavabdeh torpaqdan çıxmaqdan imtina edir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, torpaq sahəsini bələdiyyədən almışdır. Lakin həmin topağa dair müvafiq çıxarış almamışdır. Həmin torpaqda ev inşa etmişdir. Torpaq ona məxsusdur. Maraqlı şəxs Yevlax rayon Havarlı Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon Havarlı Bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışının surətindən məlum olur ki, İddiaçı Yevlax rayonu, Havarlı kəndi ərazisində mülkiyyətində 0.06 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-cü il tarixli 10/8840 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Mingəçevir ərazi İdarəsi tərəfindən verilən rəyin məlumatlarına əsasən, mübahisəli torpaq sahəsinin koordinatları iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********09 nömrəli çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmış 0.06 ha torpaq sahəsinin “torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla tutuşdurulduqda cavabdeh X3 iddiaçının torpaq sahəsindən istifadə etmədiyi, Cavabdeh isə həmin torpaq sahəsindən bütövlükdə istifadə etdiyi müəyyən edilmişdir. İddiaçıya mıxsus torpaq sahəsinin daxilində mişar daşından yardımçı tikilinin inşa olduğu müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Yevlax rayonu, Havarlı kəndi ərazisində 0.06 hektar torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehə qarşı torpaq sahəsindən çıxarılamsı və qanunsuz tikilinin cavabdehin hesablna sökülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə ekspert rəyi alınmışdır. Ekspert rəyində iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********09 nömrəli çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmış 0.06 ha torpaq sahəsinin “torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla tutuşdurulduqda cavabdeh X3 iddiaçının torpaq sahəsindən istifadə etmədiyi, Cavabdeh isə həmin torpaq sahəsindən bütövlükdə istifadə etdiyi müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin daxilində mişar daşından yardımçı tikilinin inşa olduğu müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin üzərində cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehin hesabına sökülməli və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu, Havarlı kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin üzərində Cavabdeh tərəfindən inşa edilmiş tikili Cavabdeh hesabına sökülsün. Cavabdeh Yevlax rayonu, Havarlı kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-80/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-80/2023
27.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver