Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-806/2020 16.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu Ərizəçi İlaqr qızının maraqlı şəxslər Maraqlı şəxs1 və Yevlax şəhər Notariat kontoruna qarşı «mirasın qəbul edilmə faktının müəyyən edilməsi» haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İlaqr qızı maraqlı şəxslər Maraqlı şəxs1 və Yevlax şəhər Notariat kontoruna qarşı «mirasın qəbul edilmə faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, ərizədən görünür ki, ərizədə Yevlax şəhər Notariat kontoru maraqlı şəxs qismində göstərilsə də, ərizəçi mirasın qəbul edilməsi üçün Yevlax şəhər Notariat kontoruna müraciət etməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəçiyə izah olunur ki, hazırkı tələbi ilə Yevlax şəhər Notariat kontoruna müraciət etmək hüququ vardır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDIM: Ərizəçi İlaqr qızının maraqlı şəxslər Maraqlı şəxs1 və Yevlax şəhər Notariat kontoruna qarşı «mirasın qəbul edilmə faktının müəyyən edilməsi» haqqında ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi İlaqr qızına izah olunur ki, ərizəsində göstərilən tələblə bağlı Yevlax şəhər Notariat kontoruna müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-806/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-806/2020
16.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver