Məhkəmə qərarları › İş №2(039)-806/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-806/2025

12.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-806/2025 12.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın çıxarılması” tələbinə dair mülki işə 12 may 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun, yəni İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1ində yerləşən fərdi yaşayış evindən qonaq otağı üçün qorka mebel və güzgü, stol və altı ədəd stul, jurnalni stol, yataq otağı üçün yataq dəsti – qoşa kravat, termo, şifoner, tumba, yorğan-döşək dəstləri, qab-qacaq və s. cehiz əşyalarının onun öz vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında dəqiqləşdirmə ərizəsi təqdim edərək yorğan-döşək dəstləri və qab-qacaq hissəsində ərizəsinə baxılmamasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı xx xxxx 1957-ci ilda Yevlax rayonu Salahlı kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. İddia ərizəsinə əlavə olunan 31 yanvar 2013-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi onun onun xüsusi mülkiyyətindədir. Lakin hazırda Cavabdeh ona öz mülkiyyətindən istifadə etməyinə mane olur. Belə ki, Cavabdeh, oğlu Aftandil Şükürovun keçmiş arvadı, onun isə gəlinidir. Yevlax Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(039)-1679/2024-cü il saylı qətnaməsi ilə oğlu Aftandil Şükürov ilə keçmiş gəlini, hazırki iş üzrə Cavabdeh arasında olan nikah pozulmuşdur. Lakin Cavabdeh artıq onun gəlini olmamasına baxmayaraq, həmçinin o, artıq neçə aylardır ki, onun evindən çıxıb getsə də, ona məxsus olan bir çox əşyalar (toy zamanı gətirdiyi cehiz əşyaları) hələ də onun evindədir. Cavabdehin cehiz əşyaları hazırda həmin mənzildədir. Cavabdehə əşyaların çıxarılması bildirilsə də, cavabdeh əşyalarını çıxarmaqdan imtina etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 31 yanvar 2013-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu Salahlı kəndində yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 23 dekabr 2024-cü il tarixli e-2(039)-1679/2024 saylı qətnamədən görünür ki, iddiaçı X1 ilə Cavabdeh arasında Yevlax rayonu Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə bağlanmış 12 yanvar 2011-ci il tarixli, 01 saylı nikah pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, X2 ilə Cavabdeh evlənmişlər. Evləndikdən sonra Cavabdeh özünə məxsus cehiz əşyalarını iddiaçıya məxsus Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 14, mənzil 28 yerləşdirmişdir. X2 ilə Cavabdeh ayrılmışlar. Cavabdeh əmlakları iddiaçıya məxsus evdə qalmışdır. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus və ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzildən qonaq otağı üçün 1 ədəd qorka mebel və güzgü, 1 ədəd stol və altı ədəd stul, 1 ədəd jurnalni stol, 1 ədəd yataq otağı üçün yataq dəsti – qoşa kravat, termo, şifoner, tumba adlı əşyaları çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus və ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzildən qonaq otağı üçün 1 ədəd qorka mebel və güzgü, 1 ədəd stol və altı ədəd stul, 1 ədəd jurnalni stol, 1 ədəd yataq otağı üçün yataq dəsti – qoşa kravat, termo, şifoner, tumba adlı əşyaları çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar