Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-81/2020 07.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçılar İddiaçı̇ oğlu, X1, X3, X2 və X4 Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı, Səkurə Məmmədova, Cavid Məmmədov, Çinarə Məmmədova və Fəqan Məmmədov Cavabdeh qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin, mülkiyyətlərində olan Yevlax rayonu Səmədabad kəndində yerləşən 2.54 hektar torpaq sahəsinin zəbt etdiyi 01 hektar hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılarərizə təqdim edərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prossesual Məcəllə: Maddə 259.0.11 iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçılar, iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim etdiklərindən, bu, cavabdehin hər hansı hüquq və vəzifələrinin pozulmasına əsas olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı̇ oğlu, X1, X3, X2 və X4 Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və onlara əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-81/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-81/2020
07.05.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver