Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-81/2023 08.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının vəkili X3, Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2021-ci il qeydiyyat tarixli, **********10 №-li çıxarışa əsasən Yevlax rayon, Tanrıqulular kəndində yerləşən 2,1602 hektar torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini belə əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən onların adına verilmiş, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.1602 ha torpaq sahəsi onların ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi tərəflərindən hazırki cavabdehə istifadə etmək üçün verilmişdir. Cavabdeh həmin torpaq sahəsində istifadə edirək orada yonca və taxıl əkirdi və bunun müqabilində onlara cəmi 1700 manat pul vermiş, son 3-4 il ərzində 2 dəfə 300 manat pul vermişdir. Əvəzində isə cavabdeh 30 –ildir ki, həmin torpaqdan istifadə edir. 3 ildir onların tərkidlərinə cavab vermir. Pay torpaqlarından çıxmaq istəmir. Hər dəfə məsələni qaldırarkən müxtəlif bəhanələrlə onlardan pul alacağını və digər hədələrini açıq-aşkar bildirir. Nəticə etibarı ilə qanuni əsaslarla əldə etdikləri torpaq sahəsindən istifadə edə bilmirlər. Bütün bunlar da onların mülkiyyət üzərində olan hüquqlarını pozur. Heç bir halda cavabdehin torpaqlarından çıxmır, həmin torpaq sahəsi onların qazancı yerilərdir. Cavabdeh imkanından və imtiyazından istifadə edir, onlar cavabdehdən qanunsuz istifadəsində olan torpaqlarını tələb edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Fərhad Məmmədov iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, həmin torpaq sahəsini 24 oktyabr 2014-cü il tarixdə icarə müqaviləsi əsasında iddiaçı və onun qardaşından aldığını bildirmiş və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak X9 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 2,1602 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı3 və İddiaçı2 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 852 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətində olan 2.1602 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçıların naturada göstərdiyi və mülkiyyətində olan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıların iddia etdikləri və cavabdeh tərəfindən naturada istifadə edən torpaq sahəsinin koordinatları və sahəsi müyyən (tərtib edilmiş yerquruluşu planında göstərilmiş) edilmişdir. xx.xx.2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı1 və X2 rayonu Tanrıqulular kəndində yaşayır. Öz aralarında alqı-satıq müqaviləsi bağlıyır. Satıcı - o, Yevlax rayonu, Tanrıqulular kənd sakini İddiaçı1 və qardaşı İddiaçı3 məxsus JN 440 saylı dövlət aktında qeyd olunmuş 1.44 ha pay torpaq sahəsini həmkəndli X1. Əvəzində isə ondan 1700 manat pul alır. Gələcəkdə iddia qaldırarsa qanun qarşısında məsuliyyət daşıyır. Alıcı - Yevlax rayonu, Tanrıqulular kənd sakini X5 həmkəndlisi X8 və İddiaçı3 məxsus JN 440 saylı dövlət aktında qeyd olunmuş 1.44 ha pay torpaq sahəsini alır. Əvəzində isə ondan 1700 manat pul alır. Gələcəkdə iddia qaldırarsa qanun qarşısında məsuliyyət daşıyır. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçılara məxsus torpaq sahəsinin 2,1602 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçılar həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmirlər. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən olunur ki, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 2,1602 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı3 və İddiaçı2 adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçılar, cavabdeh tərəfindən onlara məxsus 2,1602 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini qeyd etmiş, mütəxəssis rəyində həmin torpaq sahəsinin koordinatları müəyyən edilmiş, qeyd edilən torpaq sahəsinin naturada Cavabdeh tərəfindən istifadə edildiyi qeyd edilmişdir. Məhkəmə cavabdehin icarə müqaviləsi adı ilə təqdim etdiyi sübuta münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin müqavilə mülki qanunvericiliyin tələbinə uyğun bağlanmadığından, habelə notarial qaydada təsdiqlənmədiyindən hazırki mübahisə üzrə hər hansı bir sübut əhəmiyyəti olamaqla hər hansı bir nəticəni doğurmur. İddia ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və bununla da iddiaçıların mülkiyyət hüququnun pozulduğu təsdiqini tapır. İddiaçılara məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən tam olaraq çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən torpaq sahəsinin 2.1602 hektar hissəsindən çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-81/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-81/2023
08.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver