Məhkəmə qərarları › İş №2(039)-820/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-820/2020

19.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-820/2020 19.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi atalığın tanınması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ona verilən AZ-T №-li 120873 doğum haqqında şəhadətnamədə “atası” qrafasına atası X1 adı, soyadı, ata adı yazılması və atalığın tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci il tarixdə Yevlax rayon Qaramanlı İƏD üzrə nümayəndəliyinin Nurallar kəndində anadan olmuşdur. Lakin atası X1 anası X2 ilə rəsmi nikahları olmadığı üçün 1965-ci ilin dekabr ayının 15-də ona verilmiş doğum haqqında şəhadətnamədə atası X1 “atası” qrafikasında adı qeyd edilməmişdir. Ancaq doğum haqqında şəhadətnamənin onun adı, soyadı yazılan hissəsində Ərizəçi kimi qeydiyyat aparılmışdır. Bunada səbəb mərhum atası mərhumə anasına atalıq verməsi barədə rəsmi ərizəsi olmuşdur. Atası X3 xx xxxxxxxx 2009-cu ildə, anası X2 isə 1960-cı ildə vəfat edib. Valideynlərinin nikahı olmadığı üçün doğum haqqında şəhadətnamədə “atası” qrafasında adı, soyadı qeyd edilmədiyindən lazım olan sənədləşmə işini apara bilməmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, ərizə aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, təqdim edilmiş Mingəçevir şəhəri, MKTK MİS-3 tərəfindən verilmiş arayışa əsasən, habelə ərizəçinin şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olmaqla həmin mənzildə yaşayır. Ailə Məcəlləsi: Maddə 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Mülki-Prosessual Məcəllə: Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəmədə baxılmağa verir. Bununla da müəyyən edilmişdir ki, iş üzrə ərazi aidiyyəti qaydaları pozulmuşdur. Məhkəmə mülki prosessual qanunvericiliyin istinad edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 44.2.2, 263, 264, 267, 268 və 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi atalığın tanınması tələbinə dair ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar